İranın Qarabağ planında 2 əsas prinsip birləşdirilib - Sabiq səfir
Tarix: 30-10-2020 11:44 | Bölmə: Slayd
İranın Qarabağ planında 2 əsas prinsip birləşdirilib

İranın Azərbaycandakı keçmiş səfiri Möhsün Pakayin rəsmi Tehranın Dağlıq Qarabağ münaqişəsinin həllinə dair planını “məntiqli” hesab edib.

Reyting.az
ISNA-ya istinadla xəbər verir ki, Abbas Əraqçinin məsləhətləşmələr aparmaq üçün bölgəyə səfərini eks-səfir belə qiymətləndirib:

“İranın təşəbbüsü diplomatik aparatın Qarabağ münaqişəsinə ciddi şəkildə girişini göstərir. Əraqçinin Bakı, daha sonra Moskva, İrəvan və Ankaraya səfəri xoş məram kimi qəbul edilməlidir. İranın təklifi, Ermənistanın və Azərbaycanın mövqeləri və tələbləri nəzərə alınmaqla, ağıllı bir plandır.

Bu planda Azərbaycanın ərazi bütövlüyünün qorunub saxlanılması vurğulamaqla yanaşı, Dağlıq Qarabağ ermənilərinin öz müqəddəratını təyinetmə hüququ yerini tapıb. Ancaq Dağlıq Qarabağ münaqişəsinin mürəkkəbliyini və hər iki tərəfin atəşkəsi pozmamasını nəzərə alsaq, cavabın qısa zamanda veriləcəyini gözləməməliyik. Ancaq hər halda bu, ağlabatan bir plandır və gələcək əməkdaşlıq üçün ciddi bir addım olacaq”.




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}