18:21 / 23-01-2021
Şahbuzda zəlzələ olub
Paşinyan: “Delimitasiya sovet sərhədləri əsasında həyata keçirilir”
Tarix: 27-11-2020 16:49 | Bölmə: Siyasət
Paşinyan: “Delimitasiya sovet sərhədləri əsasında həyata keçirilir”

Ermənistan və Azərbaycan delimitasiyanı sovet sərhədləri əsasında həyata keçirir. Bu barədə Ermənistan Baş naziri Nikol Paşinyan cümə günü xalqa videomüraciətində Kəlbəcərdə Zod (Söyüdlü) qızıl yatağı ilə bağlı vəziyyəti şərh edərkən bildirib.

Onun sözlərinə görə, proses 9 noyabr tarixli sazişin həyata keçirilməsi çərçivəsində gedir. Paşinyan növbəti dəfə qeyd edib ki, sənədin imzalandığı vəziyyətdə başqa çıxış yolu yox idi. İstənilən başqa variant bundan daha pis ola bilərdi.

Paşinyan bildirib ki, “sərhəd gözlə deyil, GPS-koordinatlarla müəyyən edilir”.

O, etiraf edib ki, qızıl mədəninin bir hissəsi Ermənistanda, bir hissəsi isə Azərbaycanda yerləşir.

Baş nazir əlavə edib ki, delimitasiya Azərbaycan tərəfin iştirakı ilə həyata keçirilməli olan mürəkkəb prosesdir.(Turan)

Reyting.az




Bölməyə aid digər xəbərlər
bütün xəbərlər
bütün xəbərlər
{sape_links}{sape_article}