Ermənistanda anarxiya: dövlət strukturları Paşinyana tabe olmaqdan imtina edir
Tarix: 06-12-2020 00:52 | Bölmə: Siyasət
Ermənistanda anarxiya: dövlət strukturları Paşinyana tabe olmaqdan imtina edir

Azərbaycan Ordusunun əks-hücumu ilə Ermənistanın böyük məğlubiyyətə uğraması və işğal altında saxladığı Azərbaycan ərazilərini tərk etmək məcburiyyətində qalması ölkədə siyasi gərginliyi pik həddə çatdırıb. Hüquq-mühafizə orqanlarının paytaxt Yerevan da daxil olmaqla, ölkənin digər şəhərlərində Baş nazir Paşinyanın istefasını tələb edən aksiya iştirakçılarına qarşı amansız davranışları isə vətəndaş-hakimiyyət qarşıdurmasını daha da dərinləşdirib.

Reyting.az
xəbər verir ki, erməni siyasətçiləri artıq ölkədə dözülməz və təhlükəli vəziyyətin yarandığını bildirir, Paşinyan və komandasını təcili istefa verməyə çağırırlar.

Hakimiyyət uğrunda mübarizənin getdikcə böyüməsindən dərin narahatlığını bildirənlərdən biri də Ermənistanın ilk prezidenti Levon Ter-Petosyandır. Sabiq prezident deyib ki, yaranmış vəziyyət ölkədə vətəndaş müharibəsi ilə nəticələnə, prosesin belə davam etməsi isə yalnız Qarabağın deyil, həm də Ermənistan dövlətçiliyinin sonu ola bilər.

Digər siyasətçilər də ölkədə vəziyyətin acınacaqlı olduğunu bildirir, hakim komandanı təcili istefa verməyə çağırırlar.

Bu arada ölkənin Milli Təhlükəsizlik Xidmətinin keçmiş direktoru, "Vətən" Partiyasının sədri Artur Vanesyan bəyanatla çıxış edib. O, Nikol Paşinyanın istefa verməkdən başqa çıxış yolunun olmadığını deyib.

Bildirilir ki, əgər N. Paşinyan 8 dekabr saat 12:00-a qədər istefa verməsə, xalq öz tələbini itaətsizlik aksiyaları ilə davam etdirəcək.

"Vətən" Partiyasının lideri deyib ki, Paşinyanı mümkün qədər tez kənarlaşdırmaq üçün qanunla nəzərdə tutulmuş bütün addımları atmağa təşəbbüs göstərəcəklər.

İtaətsizlik olacağı təqdirdə hüquq-mühafizə orqanlarının həbsləri həyata keçirməyə başlayacağı ilə bağlı təhlükənin olub-olmayacağı barədə suala cavabında A. Vanesyan bildirib ki, Ermənistan Respublikasında yalnız hüquq-mühafizə sistemi deyil, həm də dövlət strukturları artıq N. Paşinyana tabe olmur.




Bölməyə aid digər xəbərlər
bütün xəbərlər
{sape_links}{sape_article}