Xankəndi şəhərində atışma - İki erməni saxlanılıb
Tarix: 11-01-2021 13:33 | Bölmə: Slayd
Xankəndi şəhərində atışma - İki erməni saxlanılıb

Bu gecə Xankəndi şəhərində atışma baş verib. Erməni tərəfi ilk əvvəl atəşin Şuşadan Xankəndi istiqamətində açıldığını, guya bunun Moskva görüşü öncəsi təxribatı kimi təqdim etəməyə çalışıb.

Reyting.az
xəbər verir ki, az sonra Xankəndidə olan qondarma “DQR” rejiminin fövqəladə hallar “strukturu” məlumatı təkzib etməli olub.

Unan Tadevosyan bildirib ki, atəş Şuşa istiqamətindən açılmayıb, əksinə, Xankəndində aramsız güllə səsləri eşidilib.

Xankəndi şəhərindəki saxta qurumun polis təşkilatı isə bəyan edib ki, yanvarın 11-i gcə saat 04:50 radələrində şəhərin müxtəlif yerlərində atəş açılıb. “Polis” ictimaiyyətə hörmətsizlik nümayiş etdirən və hüquq normalarını pozan iki şəxsi həbs edib. Onlar Xankəndinin müxtəlif istiqamətlərində güllə atıblar.

Bəlli olub ki, Xankəndində olan iki sərxoş erməni şəhərin ortasında atəş açıb.




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}