Üç vəzifəli şəxs saxlanılıb - Əməliyyat
Tarix: 22-01-2021 22:49 | Bölmə: Slayd
Üç vəzifəli şəxs saxlanılıb

Masallı Rayon Mərkəzi Xəstəxanasının baş həkimi Cəlil Nəzərov və baş mühasibi Sətulla Məmmədov Baş Prokurorluq yanında Korrupsiyaya qarşı Mübarizə İdarəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat nəticəsində saxlanılıblar.

Reyting.az
-ın məlumatına görə, Baş Prokurorluğun Mətbuat xidmətindən bildirilib ki, bu barədə ictimaiyyətə daha sonra rəsmi məlumat veriləcək.

Baş Prokurorluq yanında Korrupsiyaya qarşı Mübarizə İdarəsi əməkdaşlarının əməliyyatı nəticəsində saxlanılan şəxslərdən biri də Salyan Rayon Gigiyena və Epidemiologiya Mərkəzinin direktoru İntiqam Abışovdur.

Baş Prokurorluğun Mətbuat xidməti bu barədə də ictimaiyyətə əlavə məlumat veriləcəyini bildirib.

Reyting.az




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}