13:42 / 18-09-2025
Bişkekdə TDT ölkələrinin hökumət başçılarının görüşü başlayıb
13:20 / 18-09-2025
Su problemi milyardlarla insanı risk altında qoyur
13:09 / 18-09-2025
Naxçıvanda kişi geyimində oğurluq edən qadın tutulub
12:57 / 18-09-2025
Zakir Həsənov Çinə gedib
12:49 / 18-09-2025
İlham Əliyev Avropa İttifaqının komissarını qəbul edib - Fotolar
12:47 / 18-09-2025
Sabah yağış yağacaq
12:36 / 18-09-2025
Azərbaycan yığması 124-cü sıraya yüksəlib
12:30 / 18-09-2025
"Grok 5" ümumi süni intellekt sistemi olacaq - Foto
12:24 / 18-09-2025
Bakıya əlavə yol-patrul naryadları cəlb ediblər
12:16 / 18-09-2025
Dronlar Rusiyaya zərbələr endirib
12:08 / 18-09-2025
Əli Əsədov Qırğızıstana gedib
12:08 / 18-09-2025
Dünyanın ən böyük polad sifarişi veriləcək - Fotolar
11:56 / 18-09-2025
Milli Məclisdə dinləmə keçiriləcək
11:55 / 18-09-2025
Trampın əlində bitkoin tutan qızıl heykəli ucaldılıb
11:50 / 18-09-2025
Deputatdan narazılıq: "Bizi o Foruma niyə dəvət etmədilər?"
11:44 / 18-09-2025
FED-in yeni faiz qərarı fonunda dollar bahalaşıb
11:35 / 18-09-2025
Daha bir asteroid sürətlə Yerə doğru irəliləyir
11:20 / 18-09-2025
Makron həyat yoldaşının qadın olduğunu sübut etməyə çalışacaq
11:16 / 18-09-2025
Ermənilərin məhkəməsi gələn həftə keçiriləcək
11:09 / 18-09-2025
"Vahid Mədəniyyət Reyestri" sistemi yaradılacaq
10:57 / 18-09-2025
Yaponiya 100 illik rekorda imza atıb
10:57 / 18-09-2025
Məzahir Pənahovun oğlu keçmiş arvadına uduzub - 300 minlik əmlakı qaytaracaq
10:53 / 18-09-2025
Rusiyada azərbaycanlı iş adamını həbs etmək istəyirlər
10:52 / 18-09-2025
Trampın xanımı ukraynalı uşaqlardan xüsusi hədiyyə alacaq
10:42 / 18-09-2025
Ukrayna dəmir yollarına yenidən zərbələr endirilib
10:35 / 18-09-2025
Slovakiya və Macarıstan Rusiyadan enerji idxalını azaltmayacaq
10:27 / 18-09-2025
Türkiyəli nazir: "Zəngəzur dəhlizinin açılması ilə tranzit ticarəti artacaq"
10:17 / 18-09-2025
Gürcüstanda SOCAR-ın avtomobilinə silahlı hücum olub
09:22 / 18-09-2025
Azərbaycanda Milli Musiqi Günü qeyd olunur
13:31 / 16-09-2025

20:48 / 13-09-2025

18:40 / 14-09-2025

15:37 / 14-09-2025

13:50 / 14-09-2025

13:02 / 15-09-2025

13:17 / 14-09-2025

15:11 / 15-09-2025

13:39 / 16-09-2025

00:04 / 16-09-2025

16:41 / 13-09-2025

“Caspian Service”nin problemi: prokurorlar işə mane olur, hakim prosesi təxirə salmaq istəmir
Tarix: 05-08-2021 10:39 | Bölmə: Slayd

Ölkədə yalnız sıravi vətəndaşlar deyil, iş adamları da zaman-zaman məmur özbaşınalığı və qanunsuz hərəkətlərlə üzləşir və bürokratik yanaşmalar, süründürməçilik illərlə onların normal fəaliyyətinə mane olur. Belə bir halla rastlaşan və illərdir haqqına çata bilməyən “Caspian Service” MMC-nin təsisçisi və rəhbəri Rəhim Sultanov redaksiyamıza müraciət edib. Neçə illərdir ki, prokurorluq orqanlarının qanunsuz qərarlarından, eləcə də müxtəlif vasitələrlə Yasamal Rayon Polis İdarəsində aparılan cinayət işinə təzyiqdən şikayət edən iş adamı Rəhim Sultanovun müraciətinin həcmi böyük olduğundan, məzmununu diqqətinizə çatdırırıq.
Reyting.az-a göndərilən müraciətdən məlum olur ki, “Caspian Service” MMC-nin təsisçisi və rəhbəri olan Rəhim Sultanovun şirkətinə şəhər icra hakimiyyəti tərəfindən 2003-cü ildə Nəsimi rayonu, Dilarə Əliyeva və Kiçik Dəniz küçələrinin kəsişməsində torpaq sahəsi ayrılıb. Kiçik Dəniz küçəsi üzrə mənzillərin köçürülməsi zamanı həmin ərazidə maklerlik xidməti göstərən Elmaz Hüseynov və şərikləri Rəhim Sultanova təklif ediblər ki, həmin ərazini və sakinləri yaxşı tanıdıqlarına görə mənzillərin köçürülməsini təşkil edə bilərlər. Şirkətin tikinti işlərinin çoxluğunu nəzərə alan R. Sultanov Kiçik Dəniz küçəsində olan sakinlərin köçürülməsini həmin şəxslərə həvalə edir. Elmaz Hüseynov və şərikləri 3 mənzilin və 1 qeyri-yaşayış sahəsinin köçürülməsini təşkil edir və çıxarışlarının əsillərini iş adamına təhvil verirlər. 1 mənzilin pulu kimi 26000 ABŞ dolları tamamilə R. Sultanov tərəfindən ödənilir, digər 2 mənzil və 1 qeyri-yaşayış sahəsinin əvəzində isə R. Sultanov həmin ərazidə artıq tikintisi tamamlanmaqda olan D. Əliyeva küçəsi, 204 ünvanda, 3-cü mərtəbədə, ümumi sahəsi təqribən 200 kv.m.-ə yaxın olan 1 ədəd, 4 otaqlı mənzili Elmaz Hüseynova verir, daha doğrusu, onun istəyi ilə qardaşı Emin Hüseynovun adına rəsmiləşdirir. Həmin şəxs mənzilin orderini də əldə edir. Çıxarışların əsillərini alan R. Sultanov zənn edir ki, əməliyyatın ilk mərhələsi bitib və köçürülməsi nəzərdə tutulan digər köhnə mənzillər tam alınandan sonra bütün çıxarışları şirkətin adına keçirtmək olar.

Əziz Seyidov
Elmaz Hüseynov və şərikləri yerdə qalan sakinlərin köçürülməsini təmin edə bilməyəndə, Rəhim Sultanov onlara bildirir ki, köçürmə işləri gecikir. Əgər siz bacarmırsınızsa, mən özüm sakinlərlə danışıqlar aparım, sahələri alım və tikintini davam etdirim. O zaman Elmaz Hüseynov, Qurban Verdiyev və Faiq Abdullayev (sonradan Faiq Abdullayev vəfat edib) Rəhim Sultanova bildiriblər ki, əgər şirkət sakinlərin köçürülməsini birbaşa özü icra etməyə cəhd etsə, onda biz sizin mənzilləri şirkətin adına rəsmiləşdirməkdən imtina edirik.
Mülki qaydada məhkəməyə müraciət edən Rəhim Sultanov çıxarışların əsillərinin özündə olmasına baxmayaraq mülki işi uduzur. Lakin, qarşı tərəfin əməlində cinayət tərkibi olduğuna görə Yasamal Rayon Polis İdarəsində toplanmış material üzrə 16 iyun 2015-ci ildə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə (dələduzluq) cinayət işi qaldırılaraq istintaq aparılır. Rəhim Sultanov istintaq yolu ilə hüquqlarının bərpa olunacağına ümid etsə də, bu baş vermir. Belə ki, müxtəlif orqanlardan və şəxslərdən istintaqın gedişinə maneələr və təzyiqlər başlayır. Hər vasitə ilə dələduzluq cinayətini törədən şəxslər müdafiə olunur, normal istintaq getmir.

Mehman Qocayev
14 noyabr 2016-cı ildə Bakı şəhər prokuroru Əziz Seyidovun göstərişi ilə Yasamal rayon prokuroru tərəfindən cinayət işinə xitam verilir.
Çoxsaylı şikayətlər və etirazlardan sonra 21.11.2018-ci ildə iş üzrə xitam qərarı Bakı şəhər prokurorunun müavini Mehman Qocayev tərəfindən ləğv edilir və iş üzrə zəruri tapşırıqlar verilir. Həmin tapşırıqlar üzrə şahidlərin dindirilməsi, üzləşmələrin keçirilməsi və obyektiv istintaq aparılması nəzərdə tutulur.
Sonradan cinayət işi yenidən dayandırılır. Ümumiyyətlə, 2015-ci ildən 2020-ci ilə qədər olan dövr ərzində cinayət işi bəlkə də 30 dəfə dayandırılıb və yenidən təzələnib.

İlqar Abbasov
Daha sonra 11 fevral 2020-ci ildə Bakı şəhər prokuroru İlqar Abbasovun təzyiqi və göstərişi ilə prokurorun müavini Mehman Qocayev tərəfindən cinayət işinin başlanma qərarı qanunsuz olaraq ləğv edilir. Hansı ki, belə bir qərar cinayət prosessual məcəlləsində nəzərdə tutulmayıb. Yəni, qanun kobudcasına pozulur. Diqqət edin, 21.11.2018-də Mehman Qocayev özü Yasamal rayon prokurorunun xitam qərarını ləğv edib, iş üzrə icraatı təzələyib və zəruri istintaq hərəkətləri aparılmasına dair yazılı göstəriş verib. Lakin, üstündən 2 il keçəndən sonra, heç bir istintaq hərəkəti aparılmayan cinayət işi elə həmin şəhər prokurorunun müavini tərəfindən qanunsuz da olsa ləğv edilib.
Rəhim Sultanovun müxtəlif instansiyalara 1 il ərzində davam edən şikayətlərindən sonra 02 fevral 2021-ci il tarixdə Səbail Rayon Məhkəməsində məhkəmə nəzarəti qaydasında hakim Ülviyyə Şükürova tərəfindən 11 fevral 2020-ci il tarixli qanunsuz qərar ləğv edilib və cinayət işi istintaq orqanına göndərilib. Aktiv istintaq hərəkətləri nəticəsində 6 il ərzində iş üzrə dələduzluqda ittiham edilən şəxslər - Elmaz Hüseynov, Emin Hüseynov və Qurban Verdiyev dindirilib və Rəhim Sultanov ilə üzləşmələr keçirilib. İstintaqa verilən ifadələrdə Rəhim Sultanov, Elmaz Hüseynov və onun şəriklərinin cinayət əməllərini tam ifşa edilib.
Rəhim Sultanovun bildirdiyinə görə, qarşı tərəf hər zaman onlara 2015-ci ildən bu günə kimi Baş Prokurorluğun Xidməti Araşdırmalar İdarəsinin rəisi Kamal Qılıcovun himayədarlıq etdiyini dəfələrlə söyləyib və görünür elə bu himayədarlığın nəticəsidir ki, istintaq obyektiv aparılmayıb.

Əli Seyfəliyev
Elmaz Hüseynov və onun şərikləri görəndə ki, istintaq həqiqəti müəyyənləşdirir və fakt sübut olunma mərhələsindədir, onda yenə də əvvəlki metod yada düşür və cinayət işinin başlama qərarının ləğvi məsələsi gündəmə gəlir. Elmaz Hüseynov Apellyasiya Məhkəməsinə müraciət etsə də, onun şikayəti təmin edilmir. Bu dəfə Səbail Rayon Məhkəməsinin hakimi Ülviyyə Şükürova əvvəllər qanuni qəbul etdiyi qərara zidd olaraq, 14.07.2021-də Elmaz Hüseynovun şikayət vermək hüququnu tanıyır. Ülviyyə Hüseynova heç zaman cinayət işində şahid olan adamı prosessual şəxs qismində tanıya bilməz. Eyni zamanda Rəhim Sultanov bu tanınma prosesindən kənarda qalıb, heç bir məhkəmə bildirişi almayıb. Bununla da iş üzrə zərərçəkmiş Rəhim Sultanovun hüquqları kobudcasına pozulub.
Bu gün (05.08.2021) Bakı Apellyasiya Məhkəməsində sürətli şəkildə hakim Əli Seyfəliyevin icraatında həmin iş təyin edilib. Başqa işlərin baxılması pandemiya bəhanəsi ilə aylarla uzadıldığı bir vaxtda, 21 gün ərzində hazırki iş məhkəməyə çıxarılıb və işgüzar ezamiyyətdə olan Rəhim Sultanovun vəkili tərəfindən hakimə göndərilən teleqram nəzərə alınmayıb. Belə ki, şikayətçi məhkəmədə iştirak etmək istədiyini bildirib və işin 09 avqusta keçirilməsini xahiş edib. Lakin, onun xahişi nəzərə alınmayıb. Bu gedişat göstərir ki, bu işə Ədliyyə Nazirliyi tərəfindən qeyri-qanuni təsirlər var və obyektiv qərar qəbul edilməyərək, Elmaz Hüseynov və onun şəriklərinin xeyrinə qərar qəbul ediləcək. Belə olan halda fundamental konstitusion hüquqları pozulan Rəhim Sultanov daha yuxarı instansiyalara müraciət etməkdə qərarlıdır.
Redaksiyadan: Yazıda adları çəkilən şəxslərin – Elmaz Hüseynovun, Emin Hüseynovun və Qurban Verdiyevin mövqeyini verməyə hazırıq.
Prosesin gedişatı barədə əlavə məlumatlar veriləcək.
Bölməyə aid digər xəbərlər

Bu gün, 13:20
Su problemi milyardlarla insanı risk altında qoyur
Bu gün, 11:35
Daha bir asteroid sürətlə Yerə doğru irəliləyir
Dünən, 22:16
Müəllimlərin sertifikatlaşdırılması prosesi başlayır
Dünən, 17:54
Prezident Dövlət Proqramını təsdiqləyib
Dünən, 13:54
Məhkəmə hüquq müdafiəçisi barəsində qərar verib
16-09-2025, 16:07
Deputat: Şərtimizi yerinə yetirsinlər, sülh sazişinə hazırlaşaq
16-09-2025, 11:57
Yeni qadağa Rusiya-NATO müharibəsinə səbəb ola bilər
16-09-2025, 11:42
İlin ikinci Günəş tutulması baş verəcək
16-09-2025, 09:07
Okeanlarda 14 min ton qızıl var
15-09-2025, 15:11
Kəlbəcərə köç karvanı gedib - (Yenilənib)
15-09-2025, 13:02
Qarabağda ermənilərin gizli silah anbarları var
15-09-2025, 09:39
İlham Əliyev Xocalı rayonunun Seyidbəyli kəndində olub - Fotolar
14-09-2025, 18:40
İlham Əliyev Qırmızı Bazar, Hadrut qəsəbələri və Sos kəndinin sakinləri ilə görüşüb - (Yenilənib) - Fotolar
14-09-2025, 17:39
İlham Əliyev Xankəndidə açılışlarda iştirak edib - Fotolar
14-09-2025, 15:37
İlham Əliyev Xocavəndin Qırmızı Bazar qəsəbəsində olub - Fotolar
14-09-2025, 14:57
Azərbaycan prezidenti Xocavəndin Sos kəndinə səfər edib - Fotolar
14-09-2025, 13:50
İlham Əliyev Hadrut qəsəbəsində olub - (Yenilənib) - Fotolar
14-09-2025, 13:17
Prezident Füzulidə - Qaraxanbəyli kəndinin təməli qoyulub - Fotolar
14-09-2025, 11:49
Qar və leysan yağır, çaylardan sel keçir
13-09-2025, 18:41
Xocalının Daşbulaq kəndinə ilk köç olub - (Yenilənib)
12-09-2025, 10:50
Zülfüqarov: Regiondankənar qüvvələr Ermənistana təzyiqlər göstərirlər
12-09-2025, 09:10
Güclü maqnit qasırğaları gözlənilir
12-09-2025, 00:10
Zelenski liderləri üçtərəfli sammitə çağırır
11-09-2025, 14:21
Hərbi ekspert: Polşa, Avropa və NATO müharibəyə hazır deyil
11-09-2025, 13:31
Professor: Hər iki ölkədə sülhə qarşı çıxanlar var
11-09-2025, 11:55
Su qıtlığının qarşısını almaq mümkün deyil
11-09-2025, 10:51
Beş dövlət BMT Təhlükəsizlik Şurasının təcili iclasını tələb edir
11-09-2025, 10:33
Sabah daha 4 itkin-şəhidimiz dəfn olunacaq - Siyahı
11-09-2025, 10:28
Putin Avropanı vurmağa davam edəcək
11-09-2025, 10:02
Bakının bəzi küçələrində nəqliyyatın hərəkəti məhdudlaşdırılacaq
11-09-2025, 09:46
Marsda həyat izləri aşkar ediblər
11-09-2025, 06:10
Qarabağa növbəti köç karvanları gedib - (Yenilənib)
10-09-2025, 14:28
Zülfüqarov: Rusiya ilə münasibətlərimiz əvvəlki səviyyəyə qayıtmayacaq
10-09-2025, 12:48
Zənginlərin ümumi sərvəti 6,6 trilyon dolları keçir - Siyahı
10-09-2025, 10:54
Tramp Avropanı Rusiyaya sanksiyalar tətbiq etməyə çağırır
10-09-2025, 10:19
Putin müharibəni genişləndirir, növbəti hədəf Polşadır
10-09-2025, 09:31
Güclü küləklə bağlı təhlükə xəbərdarlığı edilib
10-09-2025, 09:22
Hikmət Hacıyev ABŞ-da senatorlarla görüşüb - Fotolar
9-09-2025, 11:33
Sualtı silahlanma yarışı sürətlənir
9-09-2025, 09:10
Etibar Məmmədov aktiv siyasətə qayıda bilər