16:46 / 19-04-2024
İlham Əliyev Rusiyaya gedir
11:52 / 19-04-2024
BDU tələbəsi intihar edib
Benzin yenidən bahalaşır
Tarix: 14-09-2021 22:32 | Bölmə: Slayd
Benzin yenidən bahalaşır

Sabahdan Azərbaycanda “Aİ-95” premium və “Aİ-98” super markalı benzinin qiymətində dəyişiklik ediləcək.

Reyting.az
oxu.az-a istinadla xəbər verir ki, “Aİ-95” markalı benzinin qiyməti 1,60 AZN, “Aİ-98” markalı benzinin qiyməti isə 1,90 AZN olacaq.

Premium və super markalı benzinin qiymətinin artmasına səbəb kimi beynəlxalq bazarda məhsulun dəyərinə təsir edən amillər göstərilir.

Qeyd edək ki, “Aİ-95” premium və “Aİ-98” super markalı benzin Azərbaycanda istehsal olunmadığından xarici ölkələrdən idxal edilir. Məhsulun bu ölkələrdə qiymət artımı onun idxal dəyərinə və respublikamızdakı satış qiymətinə də birbaşa təsir edir.

Xatırladaq ki, son qiymət dəyişikliyinə qədər respublikamıza xaricdən idxal edilən “Aİ-95” premium markalı benzinin qiyməti 1,45 AZN, “Aİ-98” super markalı benzinin qiyməti 1,60 AZN təşkil edirdi.

Sabah “SOCAR PETROLEUM” QSC bununla bağlı məlumat yayacaq.




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}