16:46 / 19-04-2024
İlham Əliyev Rusiyaya gedir
Ermənilər Qarabağa yenidən silah-sursat daşıyır - Deputat
Tarix: 18-10-2021 16:34 | Bölmə: Slayd
Ermənilər Qarabağa yenidən silah-sursat daşıyır

“Ermənilərin hərbi cinayətlər törətdiyi əraziyə Rusiyanın sülhməramlı qüvvələri nəzarət etsə də, oradakı erməni silahlı dəstələri hələ də çıxarılmayb. Halbuki Azərbaycan, Rusiya və Ermənistan arasındakı üçtərəfli razılaşmanın 4-cü maddəsində nəzərdə tutulur ki, sülhməramlıların gəlişinə paralel olaraq qanunsuz silahlı dəstələr Azərbaycan ərazilərindən çıxarılmalıdır. Amma sülhməramlılar faktiki olaraq Qarabağdakı separatçılara gözün-üstə qaşın var demirlər. Əlbəttə, bu kimi hallar separatçı dəstələrin fəallaşmasına səbəb olur. Hesab edirəm ki, son təxribatlarda bu məqam da var”.

Bunu Reyting.az-a Milli Məclisin deputatı, Xalq şairi Sabir Rüstəmxanlı rus sülhməramlıların nəzarətində olan Azərbaycan ərzilərindəki separatçıların son günlər törətdikləri hərbi cinayətlərdən danışarkən deyib.

Sabir Rüstəmxanlı əlavə edib ki, İranda olan dostları ona zəng edərək ermənilərin Laçın, Qubadlı və Zəngilan istiqamətinə hərbi texnika daşıdığını, mövqelərini gücləndirdiklərini deyirlər: “Əlbəttə, bəzi dostlarımız qeyd edirlər ki, 20 il daşıdığı silahları neylədilər ki, bunu da neyləsinlər. Amma bütün hallarda buna dırnaqarası baxmalı deyilik. Bu, ciddi siqnaldır. Silahlar necə və haradan daşınır, Avropa dövlətləri buna necə dəstək verirlər? Bunların hamısı aydınlaşdırılmalı, buna qarşı tədbirlər görülməlidir”.


Sabir Rüstəmxanlı

Deputat bildirib ki, İranın atdığı addımlarla yanaşı, İran müxalifəti bu ölkənin tezliklə çökəcəyini iddia edir: “İrandan xaricə köçən insanlar - hansılar ki, müxalifət təmsilçiləridir - qeyd edirlər ki, Azərbaycanın mövqeyinin güclənməsi, dünyada böyük əks-səda doğurub. Xüsusilə, İrandan xaricə gedib indi müxalifət mövqeyində duran şəxslər arasında. Onlar Azərbaycan prezidentinin çıxşlarını seyr edir, bunu öz xətti ilə yayırlar. Belə mürəkkəb proseslər gedir və bunu gözdən qaçırmaq olmaz”.

S. Rüstəmxanlı deyib ki, Qarabağ ərazisinə silahlar toplanır, hələ revanş haqqında düşünən ermənilər də var: “Azərbaycanın torpaqlarını yenidən işğal etmək üçün zəif yerimizi tapıb güllə atacaqlar. Sülh müqaviləsi bağlanmayana qədər ermənilər çirkin və insanlığa yaraşmayan əməllərini davam etdirəcəklər”.




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}