16:46 / 19-04-2024
İlham Əliyev Rusiyaya gedir
Ukrayna Belarusla sərhəddə xüsusi əməliyyata başlayıb
Tarix: 24-11-2021 12:27 | Bölmə: Slayd
Ukrayna Belarusla sərhəddə xüsusi əməliyyata başlayıb

Rəsmi Kiyev qeyri-leqal mühacirlərlə bağlı böhranın daha da dərinləşməsinə yol verməmək üçün xüsusi əməliyyat keçirəcəyini bəyan edib.

Reyting.az
Rusiyanın xəbər portallarına istinadla bildirir ki, artıq Ukrayna sərhəddə “Polesye” kod adı altında xüsusi əməliyyata başlayıb. Bu barədə respublikanın dövlət sərhəd xidmətinin mətbuat üzrə nümayəndəsi bildirib.

Qurum bunu onunla əsaslandırır ki, bu gün qaçqın axınının Ukraynaya yönəldilməsi təhlükəsi olduqca yüksəkdir və rəsmi Kiyev mühacir böhranının inkişafının qarşısını almaqdan ötrü dövlət sərhədini möhkəmləndirmək qərarına gəlib.

Məlumatda o da qeyd olunur ki, dövlət sərhəd xidmətinin əlaqələndirdiyi əməliyyata Milli Qvardiya, Milli Polis, Ukrayna Silahlı Qüvvələri və digər müvafiq strukturlar cəlb edilib.

Əməliyyatın keçirilməsi üçüm sərhədçilərin, eləcə də qaçqınların ölkə ərazisinə daxil ola biləcəyi güman edilən yerlərdə güc və vasitələrin sayı artırılıb.

Ukrayna dövlət sərhəd xidmətindən onu da xüsusi olaraq vurğulayıblar ki, əməliyyat çərçivəsində pilotsuz uçan aparatlardan (PUA), aviasiyadan və texniki müşahidə vasitələrindən geniş istifadə olunacaq.




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}