13:59 / 28-03-2026
Agentlik 856 uşağı övladlığa verib
13:43 / 28-03-2026
Yağış və qar yağacaq, subasma halları davam edəcək - Proqnoz
13:37 / 28-03-2026
Sel suları kəndin şəhərlə əlaqəsini kəsib
11:02 / 28-03-2026
Ən çox kitab oxunan ölkələrdə hansı janra üstünlük verirlər?
10:53 / 28-03-2026
Qadının qətlində şübhəli şəxslər həbs edilib
10:45 / 28-03-2026
Azərbaycan Basketbol Liqasında XX tur başlayır
10:24 / 28-03-2026
Millimiz Şimali İrlandiya komandası ilə qarşılaşacaq
10:06 / 28-03-2026
Qızılın qiyməti 4 500 dolları ötüb
09:54 / 28-03-2026
2026-cı ildə hansı ölkələr öndə olacaq? - Siyahı
00:25 / 28-03-2026
Azərbaycanın təhlükəsizlik orqanlarının yaranmasından 107 il ötür
21:19 / 27-03-2026
"FIFA Series – 2026": Azərbaycan millisi qalib gəlib
18:05 / 27-03-2026
Prezident teatr kollektivinə təbrik məktubu ünvanlayıb
15:19 / 27-03-2026
Lənkəranda zəlzələ baş verib
14:05 / 27-03-2026
İranın adı Avropadakı hücumlarda hallanır
13:55 / 27-03-2026
Sabah yağış yağacaq - Proqnoz
12:02 / 27-03-2026
Qazi jurnalist Rəşad Baxşəliyev vəfat edib
11:10 / 27-03-2026
Prezidentin köməkçisi Ərdoğanın baş müşaviri ilə görüşüb
09:37 / 27-03-2026
Milli komandamız bu gün növbəti oyununa çıxacaq
09:30 / 27-03-2026
Zelenskinin açıqlaması ABŞ-da narazılıq yaradıb
21:58 / 26-03-2026
Naxçıvan teatrı beynəlxalq festivalda çıxış edib
21:15 / 26-03-2026
Bakıda 70 yaşlı kişi öldürülüb
18:27 / 26-03-2026
Vasif Məhərrəmli bu qadınları tənqid edib: “Əcaib görünürsünüz”
17:55 / 26-03-2026
Beynəlxalq səyyahlar Şuşaya gediblər
14:35 / 26-03-2026
Güclü külək əsəcək - Xəbərdarlıq
14:33 / 26-03-2026
Ağdamda mülki şəxs minaya düşüb
13:08 / 26-03-2026
Sabah yağış yağacaq
11:23 / 26-03-2026
Aygün Kazımovanın yeni albomu təqdim olunacaq
10:53 / 26-03-2026
Rusiya İrana 31 vaqon yardım göndərib
22:49 / 25-03-2026
Qalmaqallı prokuror işdən çıxarılıb
21:54 / 25-03-2026
Ən böyük şirin su ehtiyatı hansı ölkələrdədir? - Siyahı
10:09 / 25-03-2026
İlon Mask çip istehsalı zavodu tikəcək
16:17 / 23-03-2026
Rəsmi Bakı Moskvanın izahatını gözləyir
22:19 / 25-03-2026
Ölkələrin əsas enerji mənbələrinin yeni xəritəsi hazırlanıb
23:55 / 24-03-2026
Tramp: "İranda rejim dəyişib, bizimlə razılaşmaq istəyirlər"
18:05 / 27-03-2026
Prezident teatr kollektivinə təbrik məktubu ünvanlayıb
16:20 / 23-03-2026
Putin azərbaycanlı alimi təltif edib
21:15 / 26-03-2026
Bakıda 70 yaşlı kişi öldürülüb
12:17 / 24-03-2026
DYP sürücülərə xəbərdarlıq edib
10:00 / 24-03-2026
Koxalski “Qarabağ”dan gedir?
Putinin nazıyla oynamağı dayandırmağın vaxtıdır
Tarix: 06-12-2021 12:49 | Bölmə: Slayd

ABŞ-ın “Atlantic Council” Analitik Mərkəzinin internet səhifəsində “Putinin nazıyla oynamağı dayandırmaq və Rusiyanın imperiya ambisiyalarına qarşı çıxmaq vaxtıdır” başlıqlı məqalə dərc olunub. Məqalənin müəllifi Dünya Ukraynalıları Konqresinin prezidenti Pol Qroddur.
Reyting.az xəbər verir ki, məqalədə deyilir:
30 il əvvəl, 1991-ci ilin dekabrında Ukraynada keçirilən referendumda əhalinin 90%-dən çoxu dövlət müstəqilliyinə səs verməklə Sovet İttifaqının tabutuna son mismarı vurdu.
SSRİ-nin dağılması bir çox cəhətdən əlamətdar hadisə idi. Bu çöküş qısa zamanda reallaşdı və qismən qansız ötüşdü. Ancaq indiyədək baş verənlər göstərir ki, Rusiya statusunun zəifləməsi, imperiyasının itirilməsi ilə qətiyyən barışmayıb.
Ona görə indi Ukraynada, Gürcüstanda, Moldovada, Belarusda yeni nəslin nümayəndələri də öz azadlıqlarını müdafiə etmək məcburiyyətindədirlər.
Rusiya prezidenti Vladimir Putin keçmiş imperiyanın nüfuzunu bərpa etməyə çalışır və qonşuluqdakı Mərkəzi Avropa ölkələri bədnam rus imperiyasının dönüşü təhlükəsi ilə üz-üzədir.
Ukrayna bu soyuq müharibənin mərkəzində durur.
2014-cü ildən bu yana Rusiyanın Krım yarımadasına və Ukraynanın şərqinə təcavüzü 14 mindən çox ukraynalının həyatına son qoyub və milyonlarla insanı öz ev-eşiyindən didərgin salıb. Ölkənin şərqində cəbhə xətti 2015-ci ildən bəri demək olar dəyişməz qalıb. Ukrayna vaxtaşırı itkilər verir. Ölkə ərazisinin 7%-i Rusiyanın işğalı altındadır.
1991-ci ilin dekabrında Ukraynada keçirilən referendumdan dörd ay qabaq – avqustun 24-də respublika parlamentində dövlət müstəqilliyi haqda ilk qərar qəbul edilmişdi. İndi həmin qərarın qəbul olunduğu gün Ukraynada rəsmən Dövlət Müstəqilliyi Günü kimi qeyd olunur. Müstəqillik avqustun 24-dən hesablansa da, hər halda məhz dekabrın 1-də keçirilən referendum Ukraynanın SSRİ-dən birdəfəlik qopmasına hüquqi yol açdı.
Referendum Ukraynanın müstəqilliyinin beynəlxalq səviyyədə tanınmasında böyük rol oynadı. Ukraynanın dövlət müstəqilliyini ilk olaraq tanıyan ölkələrin bir çoxu, o cümlədən Kanada, Polşa və ABŞ sonradan onun ən yaxın müttəfiqlərinə çevrildi, növbəti onilliklərdə ukraynalıların sülh, azadlıq və insan hüquqları uğrunda apardığı mübarizədə onunla çiyin-çiyinə dayandı.
Ukraynalıların məqsədi demokratik dünyanın əsas institutlarına qoşulmaqdır. Ölkənin NATO və Avropa İttifaqına üzv olmaq niyyəti 2019-cu ildə parlamentin konstitusiyaya etdiyi əlavədə də təsbit olunub.
1991-ci ildə Ukrayna tərəqqidən uzaq bir respublika təsiri bağışlasa da, ölkə həmin qeyri-sabit siyasi durumdan demokratik rəqabətə davamlı bir sistemlə çıxıb. Bu, Ukraynanı bütün postsovet məkanında ilham mənbəyinə çevirib. Eyni zamanda Ukraynada demokratiyanın inkişafı Rusiyanın avtoritar modelinə real təhlükə hesab olunur.
Hazırda Rusiyanın Ukrayna sərhədi boyunca hərbi gücünü artırması beynəlxalq ictimaiyyətin diqqət mərkəzindədir. Siyasi liderlər və analitiklər işğal ehtimalı ilə bağlı fərziyyələr irəli sürürlər. Halbuki Rusiya Ukraynanı çoxdan işğal edib və onun dövlətçiliyinə qarşı 8 ildir durmadan müharibə aparır.
Putin Ukraynanın müstəqilliyini tanımadığını açıq şəkildə hiss etdirir. Onun bu yaxınlarda yazdığı məqalədə “rusların və ukraynalıların tarixi birliyi”ndən bəhs etməsi, ruslarla ukraynalıların “bir xalq” olduğu barədə tez-tez fikirlər səsləndirməsi göstərir ki, Kremlin sahibi Ukraynanın ayrıca dövlət, onun xalqının fərqli bir millət olduğunu inkar edir. Bu ritorika çar dövrünü xatırladır və Putinin Ukraynaya qarşı müharibəsinin imperiya ambisiyalarına söykəndiyini ortaya qoyur.
Demokratik dünya Kremlin Ukrayna əleyhinə kampaniyasına tutarlı cavab verməklə hüquqa əsaslanan beynəlxalq nizamın qalib gələcəyini Rusiyaya sübut etməlidir.
Heç kimə sirr deyil ki, Rusiyanın anlaya biləcəyi bir dil var, o da güc dilidir. Təəssüf ki, 2014-cü ildən bəri Qərbin Rusiya ilə alveri davam etdirməsi Kremlin getdikcə özünü daha pis aparmasına stimul verib. Məktəb meydançasında olduğu kimi geosiyasətdə də dələduzlarla mübarizə aparmağın yeganə yolu onlarla qarşı-qarşıya gəlməkdir.
Qərbin Moskvaya birmənalı mesaj vermək üçün bir sıra variantı var. “Şimal axını – 2” qaz kəmərinin təsdiqlənməsi məsələsinin tam dayandırılması Rusiyaya güclü siqnal olardı. Ukrayna ilə hərbi əməkdaşlığı, o cümlədən silah təchizatını genişləndirmək də çox mühüm amildir.
Qərb liderləri Ukrayna və Gürcüstanın NATO-ya üzvlük planını irəli sürməklə Rusiyanın imperiya ambisiyaları əleyhinə olduqlarını nümayiş etdirə bilərlər. Moskvaya gələcəkdə NATO-ya üzvlüklə bağlı qeyri-rəsmi veto hüququ verilməsi Kremlin qoltuğunun altına qarpız qoyur və Rusiyanın beynəlxalq işğalçılıq siyasətini davam etdiriməsinə böyük zəmin yaradır.
30 il əvvəl ukraynalıların əksəri müstəqilliyə səs verib. Təəssüf ki, indi onlar keçmişi qaytarmaq istəyən Rusiyanın apardığı müharibədə müstəqillikləri uğrunda həlak olurlar.
Rusiya ordusunu Ukrayna sərhədinə cəmləyib. Onun Ukraynanın müstəqilliyinə qarşı təbliğatı da güclənib. Putinin Ukraynanı əsarət altına almaq cəhdi dünyanı yeni soyuq müharibəyə sürükləməkdədir. O, qətiyyətli təpki ilə üzləşməsə, öz imperiya planlarından əl çəkəsi deyil.
Gələcək onilliklərdə beynəlxalq münasibətləri formalaşdıracaq dəyərlər təhlükə altındadır. Demokratiya və hüquqa əsaslanan beynəlxalq düzənə qarşı yönəlmiş bu müharibəni dayandırmaq üçün Qərbə cəsarətli və uzaqgörən rəhbərlik lazımdır. Bunun alternativi isə böyük güclərin özünü zəif qonşulara sırıdığı dövr – imperiya dövrüdür.
Putin sovet imperiyasını dirçəltmək və 1991-ci il qərarını ləğv etmək istəyir. Biz buna imkan verə bilmərik.(Mənbə: Novator.az)
Bölməyə aid digər xəbərlər

Bu gün, 09:54
2026-cı ildə hansı ölkələr öndə olacaq? - Siyahı
26-03-2026, 14:33
Ağdamda mülki şəxs minaya düşüb
26-03-2026, 01:48
Avropa tezliklə yanacaq çatışmazlığı ilə üzləşəcək
25-03-2026, 21:54
Ən böyük şirin su ehtiyatı hansı ölkələrdədir? - Siyahı
25-03-2026, 21:11
İran ətrafındakı münaqişə nəzarətdən çıxıb
23-03-2026, 20:04
ABŞ və İran nümayəndələrinin görüşünü təşkil etmək istəyirlər
23-03-2026, 16:17
Rəsmi Bakı Moskvanın izahatını gözləyir
23-03-2026, 09:22
İranla müharibə Trampın nəzarətindən çıxır
22-03-2026, 23:39
Prezidentin ailəsini şantaj edən şəxs... - Video
21-03-2026, 10:32
Tramp: Yaxın Şərqdə hərbi əməliyyatları yekunlaşdırmağı düşünürük
20-03-2026, 17:37
Prezident nazir müavini təyin edib - Foto
19-03-2026, 22:52
Süni intellekt dünyada kütləvi işsizliyə səbəb ola bilər
19-03-2026, 18:41
Prezident yeni publik hüquqi şəxs yaradıb - Fərman
19-03-2026, 14:28
ADP sədri: ABŞ-ın müəyyən etdiyi beş strateji və geosiyasi ərazi arasında Azərbaycan da var
19-03-2026, 13:45
Məmurlara xəbərdarlıq edilib
19-03-2026, 11:54
Azərbaycan üzərindən Ermənistana taxıl göndəriblər
19-03-2026, 10:49
Ramazan bayramı ilə bağlı fətva verilib
19-03-2026, 08:34
ABŞ-ın üç ölkədəki hərbi bazalarına zərbələr endirilib
18-03-2026, 17:15
Nuriyev: İranla müharibə yorucu formatda davam edəcək
18-03-2026, 13:07
Daha 60 nəfər vəzifədən azad edilib
18-03-2026, 12:40
Ümumdünya Səhiyyə Təşkilatı nüvə fəlakətinə hazırlaşır
18-03-2026, 11:56
Qlobal silah ixracını altı ölkə nəzarətə götürüb
18-03-2026, 11:24
Dövlət qulluğunda mükafat sistemi ləğv olunur
18-03-2026, 11:18
Əlillərə pensiya ömürlük təyin edilməlidir
18-03-2026, 08:31
Türkiyə lideri: İsrailin hərəkətləri bölgəni fəlakətə sürükləyir
17-03-2026, 22:26
DTX Prezidentin ailəsini şantaj edən şəxsi saxlayıb - (Video)
17-03-2026, 18:46
Dünya Yaxın Şərqdə yeni miqrasiya fəlakətinə hazır deyil
17-03-2026, 15:22
Hərbi ekspert: Tramp hansısa ölkələri İranla müharibəyə qata bilər
17-03-2026, 13:13
Məşhur iş adamı həbs edilib - Səfərəliyev Heydərovun 1 milyon manatını ələ keçirib?
17-03-2026, 13:03
ABŞ-AB münasibətləri yenidən gərginləşir
17-03-2026, 12:19
ABŞ səfirlikləri terrorçuların hədəfinə çevrilə bilər
17-03-2026, 08:27
Qarabağa növbəti köç karvanları gedib
16-03-2026, 18:07
ABŞ NATO-nu İranla döyüşə çağırır
16-03-2026, 13:31
Həkimlər problemlə üzləşib, dövlət qurumu isə susur
16-03-2026, 12:24
Ramazan bayramı namazının vaxtı açıqlanıb
16-03-2026, 11:56
Kütləvi ixtisar: daha 43 nəfər vəzifədən kənarlaşdırılıb
16-03-2026, 10:44
Prezident hərbi qulluqçuları təltif edib - Siyahı
16-03-2026, 10:39
Tibb elmində daha bir yenilik edilib
16-03-2026, 10:13
İranın yeni rəhbərini Rusiyaya aparıblar
14-03-2026, 13:41
Xanobaya ilk köç karvanı gedib - (Yenilənib)
13-03-2026, 17:26
Bakıda avtobuslarda nağdsız gedişhaqqı tarifləri müəyyənləşib - Cədvəl
13-03-2026, 16:27
Məmurların maliyyə fırıldaqlarını araşdırırlar
13-03-2026, 14:01
Kəşfiyyat: Rusiya İrana gizli şəkildə kömək edir
13-03-2026, 13:39
50 minə yaxın müəllim ixtisar oluna bilər
13-03-2026, 12:59
Avropa İrandan böyük qaçqın axınını qarşılamağa hazırlaşır
13-03-2026, 12:30
Vəzifəli şəxs həbs olunub

Qüdrət Həsənquliyev deyir ki, əgər İranda azərbaycanlılar etnik təmizləmə ilə üzləşsələr, Azərbaycan onları ya silahlandırmalı, ya da öz nizami ordusu ilə kömək etməlidir
Əfşar Süleymani: Trampın siyasəti İranın təklənməsinə gətirib çıxarıb. Bu günədək Rusiya və Çin də hərbi imkanlarının hamısını İrana verməyiblər
“Qarabağ”ın baş məşqçisi deyir ki, "Ayntraxt"la qarşılaşmada baxımlı oyun nümayiş etdirməyə çalışacaqlar
ADP sədri deyir ki, hələlik İranda baş verən proseslərin inkişafı xarici güclərin, xüsusilə ABŞ-ın mövqeyindən, həmçinin Türkiyə və Azərbaycanın bu məsələdə milli maraqlarını nə dərəcədə ön plana çəkməsindən asılı olacaq
Rejissor və aktyor deyir ki, yeni fəaliyyətə başlayan teatrda tamaşaçını pasiyent əvəz edəcək