Bayden acından ölən xalqın 7 milyard dollarını qaytarmaq istəmir - Foto
Tarix: 12-02-2022 15:02 | Bölmə: Slayd
Bayden acından ölən xalqın 7 milyard dollarını qaytarmaq istəmir

ABŞ hökuməti Əfqanıstan dövlətinin bu ölkədə olan və dondrulan pullarını Kabilə verməyəcəyini açıqlayıb.

Reyting.az
-ın xəbərinə görə, Amerika prezidenti Co Bayden bildirib ki, “Taliban” hakimiyyəti ələ keçirdikdən sonra Əfqanıstan dövlətinin ABŞ tərəfindən dondurulan maliyyə və əmlakını ABŞ-dakı 11 sentyabr qurbanlarının ailələrinə paylayacaq.

Məlumat üçün qeyd edək ki, əfqan qüvvələrinin ABŞ-ın bu ölkədən çıxmasından və “Taliban”ın nəzarəti ələ keçirilməsi ilə başlayan prosesdə Əfqanıstandan Amerika banklarına külli məbləğdə pul köçürülüb. Bundan sonra Vaşinqton administrasiyası Əfqanıstan hökumətinin ABŞ banklarındakı ehtiyatlarını dondurub.

“Taliban” administrasiyası bəyan edir ki, xaricdə dondurulmuş ehtiyatlar Əfqanıstan hökumətinə deyil, əfqan xalqına məxsusdur. Lakin “Taliban”ın çoxsaylı çağırışlarına baxmayaraq, Ağ Ev Əfqanıstanın ABŞ-da saxlanılan qızıl və valyuta ehtiyatları kimi aktivlərini də sərbəst buraxmaqdan imtina edib.



Dünyanın aparıcı agentlikləri bəyan edirlər ki, C. Bayden əfqan xalqının pullarını 11 sentyabr qurbanlarının ailələrinə paylamaq qərarına gəlib. Xəbərdə Baydenin sözügedən qərar üçün xüsusi səlahiyyətindən istifadə etdiyi bildirilir.

Məlumat üçün qeyd edək ki, Əfqanıstanın ABŞ-dakı ehtiyatları təxminən 7 milyard dollardır.

Xatırladaq ki, “Taliban” Əfqanıstanda hakimiyyəti ələ keçirdikdən sonra ölkəyə beynəlxalq yardımlar dayandırılıb və 23 milyon insan aclıq təhlükəsi ilə üzləşib.

Əfqanıstanın müxtəlif regionlarından verilən reportajlarda əfqan ailələrin aclıqdan övladlarını satdığı, 12-15 yaşlı qız uşaqlarının pul qarşılığında yaşlı kişilərə ərə verdiyi, həbsxanalarda məhbusların açlıq səbəbindən pişik və ya siçovul yediyi bildirilir. BMT isə Əfqanıstandakı vəziyyəti acınacaqlı sayır və bəyan edir ki, ölkədə aclıq fəlakətli həddə çatıb.

Reyting.az




Bölməyə aid digər xəbərlər