09:22 / 13-06-2025
Yardımlıda traktor aşıb
“Yaxın bir il ərzində Azərbaycanla Ermənistan arasında sülh sazişi imzalanacaq” - Partiya sədri
Tarix: 27-04-2022 15:20 | Bölmə: Slayd
“Yaxın bir il ərzində Azərbaycanla Ermənistan arasında sülh sazişi imzalanacaq”

“İndi həm Rusiya, həm ABŞ, həm də Avropa Qarabağ məsələsində fəallaşıb. Məncə, məqsəd Rusiya ilə rəqabət aparmaqdır. Onlar burada Rusiyanın həlledici qüvvə olmasının əleyhinədirlər. Ermənistanın Baş naziri Nikol Paşinyan da bununla razıdır. Çünki Paşinyan onların adamıdır”.

Bu fikirləri Reyting.az-a Azərbaycan Sosial Demokrat Partiyasının (ASDP) sədri Araz Əlizadə deyib.

Partiya sədri əlavə edib ki, hər dəfə Rusiya sülh sazişinin bağlanmasını təklif edərkən Paşinyan söhbətdən qaçır: “Dərhal Sarkisyan və Köçəryan bir neçə nəfəri toplayaq mitinq keçirir. Paşinyan da bəyan edir ki, müxalifət ona sülh sazişi imzalamağa imkan vermir. Qərb də bilir ki, güc Azərbaycan tərəfindədir və Azərbaycan bu məsələdə haqlıdır. İndi Qərb də Azərbaycanın mövqeyində durur və deyir ki, danışıqlar aparılmalı və sülh sazişi bağlanmalıdır. Lakin burada incə bir nüans var: bu ilin noyabrın 9-da ABŞ-da seçkilərdir. Həm Senata, həm də Nümayəndələr Palatasına yeni üzvlər seçiləcək. Müəyyən qüvvələr ABŞ-dakı erməni əsilli vətəndaşların, biznesmenlərin səslərini almaq istəyir. Məhz buna görə də Amerika Qarabağ məsələsində fəallıq göstərir”.

A. Əlizadə bildirib ki, fəal diplomatik danışıqlar, dialoqların olması müsbətdir, ancaq daha önəmlisi nəticədir.

ASDP sədri iddia edir ki, Qərb Qafqaz regionunda uduzub: “Fəallıq məhz bu kontekstdə maraqlıdır. Amma bizim üçün daha vacibi nəticədir. Nəticə sülh sazişi olmalıdır. Mənim ehtimalım budur ki, yaxın bir il ərzində sülh sazişi imzalanacaq. Başqa sözlə, kommunikasiyalar, dəhliz açılacaq, Azərbaycan-Ermənistan münasibətləri qaydaya düşəcək”.




Bölməyə aid digər xəbərlər