09:22 / 13-06-2025
Yardımlıda traktor aşıb
Putinin xəbərdarlığı vəziyyəti gərginləşdirib - ABŞ Ukraynaya göndərdiyi silahları nümayiş etdirir - Fotolar
Tarix: 28-04-2022 14:16 | Bölmə: Slayd
Putinin xəbərdarlığı vəziyyəti gərginləşdirib - ABŞ Ukraynaya göndərdiyi silahları nümayiş etdirir

Ötən gün Rusiya lideri Putin nüvə və ballistik silahları nəzərdə tutaraq Ukraynada müharibəyə kənardan müdaxilə edənləri ildırım sürətli cavab verəcəkləri ilə hədələyib. Amma Putinin bu xəbərdarlığından 24 saat keçməmiş ABŞ Ukraynaya göndərəcəyi silahların fotosunu paylaşıb.

Reyting.az
xəbər verir ki, Rusiya qoşunlarının işğal etdiyi Ukraynanın Xerson şəhərinə gecə yarısı çoxlu sayda raket düşüb. Rusiya mətbuatı yazır ki, şimal-qərbdən atılan raket və mərmilər televiziya qülləsini hədəf alıb.

Krımla yanaşı Xersonda da referenduma hazırlaşan Rusiya hakimiyyəti mayın 1-dən etibarən bu şəhərdə rus rublundan istifadə olunacağını açıqlayıb. Keçid dövrü dörd ay davam edəcək və sentyabrdan etibarən Xersonda Ukraynanın milli valyutasından (qrivn) istifadə olunmayacaq.

Qeyd edək ki, V. Putin ötən gün Ukraynaya silah göndərənləri hədələyərkən onlara necə cavab vermək istəyi də bəllidir. Buna aydınlıq gətirilməsə də, artıq Kremlin bu məsələ ilə bağlı qərar verdiyi ehtimal olunur. Putinin “ildırım sürətli cavab verəcəyik”,- ifadəsi ilə ballistik və nüvə silahlarını nəzərdə tutduğunu düşünürlər. Analitiklər isə hesab edirlər ki, işğaldan sonra Putin strateji nüvə silahlarını yüksək hazırlıq vəziyyətinə gətirməklə Qərb ölkələrinin Ukraynaya daha çox kömək etməsinin qarşısını almağa çalışıb.

Putinin açıqlamaları Rusiyanın xarici işlər naziri Sergey Lavrovun həftə ərzində Qərb ölkələrinin Üçüncü Dünya müharibəsinə səbəb ola biləcək yanğını alovlandırdığını söyləməsindən sonra verilib.

Xatırladaq ki, çərşənbə axşamı Almaniyadakı Ramstein Hava Bazasında görüşən ABŞ və onun 40 müttəfiqi Ukraynaya ağır silah yardımını artırmaq qərarına gəlib. Bu həftə Almaniya Ukraynaya 50 hava hücumundan müdafiə tankı, Böyük Britaniya isə “Brimstone” dəniz raketləri göndərəcəyini bəyan edib.

Britaniya Qərb ölkələrini Ukraynaya döyüş təyyarələri verməyə də çağırıb. Böyük Britaniyanın xarici işlər naziri Liz Truss Kiyevə NATO silahlarının göndərilməsi üçün Polşa ilə birlikdə çalışdıqlarını deyib: “Putin uğur qazansa, Avropada daha dəhşətli nəticələr olacaq. Ona görə də hazır olmalı və Ukraynaya dəstəyimizi ikiqat artırmalıyıq”.

Bildirilir ki, bu gün ABŞ prezidenti Co Bayden Ukraynaya müraciət edəcək.

Bu arada Pentaqonun vasitəsi ilə Ukraynada Rusiyanı məğlub etməyi hədəflədiklərini bəyan edən müdafiə naziri Lloyd Austin, ABŞ-ın Ukraynaya göndərəcəyi yeni silahların fotolarını paylaşıb. Nəhəng təyyarələrə yüklənmiş silahlar arasında 155 mm-lik M777 topları və sursatları diqqət çəkib.

Kiyev ətrafından çəkildikdən sonra Donbass və Ukraynanın cənubunu ələ keçirmək üçün yeni döyüşə başlayan Rusiya ordusu, Qərb ölkələrindən Ukraynaya göndərilən silahlar səbəbindən çox ləng irəliləyir. Qərb rəsmisinin sözlərinə görə, Rusiya qüvvələri Ukraynanın şiddətli müqaviməti qarşısında irəliləmək üçün mübarizə aparır və itkilər verir.

Diplomatiya üzrə repartyor Pol Adams təhlilində bildirir ki, Qərb rəsmiləri Donbasda cəmlənmiş Rusiya qüvvələrinin yalnız məhdud irəliləyiş əldə edə biləcəyini düşünürlər.

Repartyorun söhbət etdiyi məmurlardan biri deyir: “Onlar heç bir real qazanc əldə etmədilər. Regionda leysan yağışı da Rusiyanın irəliləyişini ləngidir. Bir məmur deyir ki, “ruslar yağışda döyüşməyi sevmirlər”.

Mühasirəyə alındıqları yerdə belə, ukraynalı əsgərlər uzun müddət müqavimət göstərməyə və öz qoşunlarına dəstək göndərməyə nail olurlar. Mariupol bunun ən bariz nümunəsidir. Hətta Rusiyanın ələ keçirdiyi ərazilərdə də Ukrayna əsgərləri onları sürətli hücumlarla geri çəkilməyə məcbur edirlər. Rusiya cəbhəsinin arxasında fəaliyyət göstərən Ukrayna xüsusi təyinatlıları da uzun logistik karvanların zəif cəhətlərindən yararlanırlar”.

Britaniyanın “The Times” qəzeti isə Ukraynada son iki ayda yandırılan Rusiya silah və hərbi texnikasının dəyişdirilməsinə illər lazım olacağını yazır. Rus ordusunun iki ayda 500-dən çox tank və 1500-dən çox zirehli texnika itirdiyini qeyd edən qəzet, dərc etdiyi cədvəldə Kiyev ətrafında məğlubiyyətdən sonra uzaqmənzilli raket hücumlarına keçən V. Putinin anbarlarındakı raketlərin də 70 faiz azaldığını iddia edir.

Vaşinqtondakı Strateji və Beynəlxalq Araşdırmalar Mərkəzinin baş məsləhətçisi Mark Kankian isə xatırladır ki, Rusiya ötən illərdə hər il təxminən 250 tank və 150 təyyarə istehsal edib.








Bölməyə aid digər xəbərlər