09:22 / 13-06-2025
Yardımlıda traktor aşıb
ABŞ və Rusiya Türkiyədə əsir mübadiləsi edib
Tarix: 28-04-2022 14:52 | Bölmə: Slayd
ABŞ və Rusiya Türkiyədə əsir mübadiləsi edib

Dünən ABŞ və Rusiya arasında əsir mübadiləsi olub. Bu, Ukrayna müharibəsindən sonra ABŞ və Rusiya arasında ilk razılaşdırılmış prosesdir və dünyanın diqqəti buna yönəlib. Bu, eyni zamanda “Soyuq müharibə” dövründə əsir mübadilələrinə oxşamasa da, xüsusi diqqəti cəbl edir.

Yeri gəlmişkən, dünən açıqlanan məlumatda qeyd olunur ki, Rusiyada 9 il müddətinə həbsdə olan amerikalı dəniz piyadası Trevor Reed ABŞ-da 20 il azadlıqdan mərhum edilən rus pilot Konstantin Yaroşenko ilə dəyişdirilib.

Reyting.az xəbər verir ki, Türkiyədə reallaşan və film səhnələrini xatırladan əsir mübadiləsinin ilk görüntüləri də ortaya çıxıb.

ABŞ prezidenti Bayden Ərdoğan hökumətinin əməkdaşlığı ilə həyata keçirilən əməliyyata görə Türkiyəyə təşəkkür edib.



Mübadilə ilə bağlı görüntülərdə narkotik alverçisi olduğu üçün həbs edilən rusiyalı pilot Konstantin Yaroşenkonun təhlükəsizlik işçilərinin müşayiəti ilə Amerikanın şəxsi təyyarəsindən enməsi göstərilir. 2019-cu ildə Moskva polisinə hücum etmək iddiası ilə həbs edilən Rid də Rusiya rəsmiləri ilə birlikdə gözləyir.

“Financial Times”-ın müxbiri Maks Seddon tərəfindən paylaşılan kadrlar Tom Hanks və Mark Rylancenin baş rollarda oynadığı və 2015-ci ildə çəkilmiş “Casuslar körpüsü” filmindən bir səhnə ilə müqayisə edilib. Film 1960-cı ildə Sovet İttifaqı səmasında vurulmuş casus təyyarəsinin pilotu Frensis Qari Pauersi azad etmək üçün ABŞ-ın hakimiyyət orqanlarının səylərindən bəhs edir.

Görüntülərdə Ridin Rusiya rəsmiləri ilə birlikdə təyyarədən düşərkən Amerika rəsmilərinin gözlədiyi əraziyə doğru hərəkət etdiyi görünür. Amerikalılar və ruslar daha sonra ABŞ agenti Ridi öz təyyarələrinə müşayiət etməzdən əvvəl əl sıxarkən görünür.

Amerika mətbuatına açıqlama verən və adının açıqlanmasını istəməyən bir ABŞ rəsmisi mübadilə ilə bağlı deyib: “Mübadilə Bayden administrasiyası tərəfindən əvvəlcədən qərar verilmiş, diqqətlə təşkil edilmiş hərəkətlər nəticəsində həyata keçirildi. Rəsmilər və Kreml səlahiyyətliləri, prezident Rəcəb Tayyib Ərdoğan hökuməti ilə əməkdaşlıq da bu məsələdə rol oynadı. Rid və Yaroşenko Türkiyəyə demək olar ki, eyni vaxtda gətiriliblər. Hər iki tərəfin komandaları digər ölkənin iddiaçısının kimliyini təsdiqləyib, bundan sonra Yaroşenko və Rid uçuş-enmə zolağı ilə təyyarələrə tərəf gediblər”.

İngiltərə mətbuatında mübadilənin İstanbulda baş verdiyi iddia edilib. Lakin Türkiyədə hadisənin dəqiq harada olduğuna dair rəsmi açıqlama verilməyib.

ABŞ-ın milli təhlükəsizlik müşaviri Cek Sallivan ABŞ və Rusiya arasında məhbus mübadiləsində göstərdiyi köməyə görə Türkiyəyə təşəkkür edib: “Trevor Ridi alqışlasaq da, onun təhlükəsiz geri qayıtmasında oynadığı rola görə Türkiyəyə minnətdarıq. Bu mühüm məsələdə türk tərəfdaşlarımızın köməyini yüksək qiymətləndiririk”.

Onu da xatırladaq ki, rusiyalı pilot Yaroşenko 2010-cu il mayın 28-də ABŞ Narkotiklərlə Mübarizə Agentliyinin əməkdaşları tərəfindən Liberiyada saxlanılaraq ABŞ-a gətirilmişdi. Amerikalı Trevor Rid isə 2020-ci ilin iyulunda baş verən mübahisədə rus polislərinin “həyatını və sağlamlığını” təhlükəyə atdığına görə 9 il həbs cəzasına məhkum edilmişdi.

[media=https://www.youtube.com/shorts/B6MIWkB83GI]




Bölməyə aid digər xəbərlər