09:22 / 13-06-2025
Yardımlıda traktor aşıb
Rusiyalı oliqarxların Türkiyəyə qaçışı davam edir: 100 milyonluq yaxtalar Türkiyə sahillərinə üzür
Tarix: 30-04-2022 16:42 | Bölmə: Slayd
Rusiyalı oliqarxların Türkiyəyə qaçışı davam edir: 100 milyonluq yaxtalar Türkiyə sahillərinə üzür

ABŞ və Avropa ölkələri Ukrayna müharibəsi səbəbindən Rusiya prezidenti Putinə yaxın oliqarxlara sanksiyalar tətbiq etdikdən sonra rusiyalı milyarderlərin diqqəti Türkiyəyə yönəlib. Rusiyanın dəmir-polad oliqarxı Əlişir Usmanovun 100 milyon dollarlıq meqa-yaxtasının da Türkiyəyə doğru irəlilədiyi bildirilir.

Reyting.az
xəbər verir ki, ABŞ və Avropa İttifaqına üzv ölkələrin rusiyalı oliqarxlara tətbiq etdiyi sanksiyaların təsirinə düşmək istəməyən rusiyalı milyarderlərin əsas üz tutduğu ölkə Türkiyədir.

“Bloomberg”in xəbərinə görə, rusiyalı dəmir-polad oliqarxı Əlişir Usmanovun 100 milyon dollarlıq yaxtası Türkiyənin ərazi sularına daxil olmaq üçün Süveyş kanalına doğru üzür.

Rusiyanın polad istehsalçısı “Evraz”ın həmtəsisçisi Aleksandr Abramovun 80 metrlik dəbdəbəli “Titan” gəmisi də hazırda Türkiyə sahillərindədir.

“Marine Traffik” adlı gəmi izləmə saytının məlumatları göstərir ki, “Titan” aprelin 22-də Dubay limanını tərk edərək, Oman sahillərində üzür.

“Spire Global” analitik firmasının dəniz məlumatları üzrə alimi Jerome Weiss “Bloomberg”ə bildirib ki, “Titan” Süveyş kanalından çıxdıqdan sonra Türkiyəyə gedəcək.

“Bloomberg” qeyd edir ki, Ukraynadakı müharibəyə görə Rusiyaya sanksiya tətbiq etməyən Türkiyə rus oliqarxları üçün təhlükəsiz ölkəyə çevrilib. Rusiyalı oliqarxlar aktivlərinə həbs qoyulma riski az olduğu üçün Türkiyəyə üz tuturlar.

Rusiyalı milyarder Roman Abramoviçin Muğla sahilində yerləşən iki ultra-lüks yaxtası üçün bayraq qıtlığının olduğu da bildirilir. Bermud adaları bayraqlı “My Solaris” və “Eklipse” yaxtalarının bayraqlarının Bermuda hökumət administrasiyası tərəfindən ləğv edilmək üzrə olduğu və Abramoviçin yaxtalarda olan təxminən 200 personala fevral ayından bəri maaş verə bilmədiyi iddia olunur.

Qeyd edək ki, milyarderlər Roman Abramoviç və Oleq Deripaskaya məxsus yaxtalar Türkiyə limanlarındadır. Abramoviç aprelin əvvəlində Avstraliya tərəfindən sanksiyalara məruz qalan 67 rusiyalı oliqarx arasında olub. “Bloomberg”in “Billionaire Index”-nə görə, Abramovun sərvəti 7,3 milyard dollar olsa da, o, hələ ki, ABŞ, Böyük Britaniya və ya Avropa Birliyinin sanksiyalar siyahısına salınmayıb.

Reyting.az




Bölməyə aid digər xəbərlər