09:22 / 13-06-2025
Yardımlıda traktor aşıb
Rusiyanın qorxunc planı: Avropanın 3 paytaxtını 202 saniyəyə məhv etmək ssenarisi hazırlanıb
Tarix: 30-04-2022 19:41 | Bölmə: Slayd
Rusiyanın qorxunc planı: Avropanın 3 paytaxtını 202 saniyəyə məhv etmək ssenarisi hazırlanıb

Qərb və Rusiya Ukrayna müharibəsinə görə tarixlərinin ən gərgin dövrünü yaşayırlar. Reyting.az xəbər verir ki, Rusiyanın "Rossia-1" dövlət telekanalı Moskvanın nüvə hücumu xəritəsini yayımlayıb.

Putinin Avropanın üç paytaxtına nüvə hücumu ssenarisini simulyasiya edən kadrlarda Britaniya, Fransa və Almaniya paytaxtları hədəf alınır.

Nüvə hücumu xəritəsini canlı yayımda paylaşan Kremlin təbliğatçı jurnalistləri London, Paris və Berlinin xəritədən 202 saniyə ərzində silinəcəyini bildiriblər. Rusiyalı jurnalistlər deyiblər ki, belə bir hücum baş verərsə, hədəfə alınan şəhərlərdə sağ qalan olmayacaq.



Bildirilir ki, prezident Vladimir Putinin təriflədiyi “Satan-2” raketləri Rusiyanın paytaxtından atılarsa, İngiltərənin paytaxtına çatmaq qabiliyyətinə malikdir. Yəni Rusiyanın çəkindirici güc çərçivəsində sözügedən raketlə Avropanın bütün paytaxtlarını vurmaq imkanı var. ABŞ mətbuatının yazdığına görə, bu raket ABŞ-a da çata bilər.

Qeyd edək ki, “Satan-2”-nin İkinci dünya müharibəsi zamanı ABŞ-ın Yaponiyanın Xirosima və Naqasaki şəhərlərinə atdığı atom bombalarından 2000 dəfə güclü olduğu bildirilir. Raketin ən azı 10 nüvə başlığı daşıdığı ehtimal edilir.

Xatırladaq ki, Rusiya bu yaxınlarda adi və ya nüvə başlığı daşıya bilən hipersəsli “Zirkon” raketinin də yeni şəkillərini paylaşıb.

ABŞ dairələri tərəfindən Rusiyanın bu raketdən istifadə etdiyi təsdiqlənərkən, İngiltərə mətbuatı bunu “Rusiya Londonu 5 dəqiqəyə vura bilən hipersəs nüvə raketinin görüntülərini dərc etdi”, - başlığı ilə təqdim edib.

Reyting.az




Bölməyə aid digər xəbərlər