09:22 / 13-06-2025
Yardımlıda traktor aşıb
G7 və ABŞ Moskvaya qarşı yeni sanksiyalar tətbiq edib
Tarix: 08-05-2022 20:55 | Bölmə: Slayd
G7 və ABŞ Moskvaya qarşı yeni sanksiyalar tətbiq edib

Bu gün “Böyük Yeddilik” (G7) ölkələrinin liderləri ilə Ukrayna prezidenti Volodimir Zelenski arasında videokonfrans çərçivəsində konfrans olub.

Reyting.az
xarici mediaya istinadla bildirir ki, müzakirələrdən sonra G7 ölkələri Rusiyaya qarşı yeni sanksiya paketini açıqlayıblar.

Paketə görə, rus banklarına, iş adamlarına və bir çox məhsullara təbiq olunan sanksiyalar davam edəcək.

Bu arada bəlli olub ki, ABŞ da bu gün ayrıca olaraq Rusiyaya sanksiyaları genişləndirib.

ABŞ Maliyyə Nazirliyinin açıqlamasına görə, Rusiyanın daha 33 vətəndaşı, 22 şirkəti, bəzi rus mediası, bankları və rus gəmiləri  "qara siahı"ya alınıb.

Onu da qeyd edək ki, G7 ölkələri Rusiya neftinin idxalını mərhələli şəkildə dayandırmaq və ya qadağan etmək öhdəliyi götürüblər.

Ağ Evin yaydığı məlumata görə, bu, Putinin iqtisadiyyatının əsas arteriyasına ağır zərbə vuracaq və onu müharibəni maliyyələşdirmək üçün lazım olan gəlirdən məhrum edəcək.

G7-nin bəyanatında qeyd olunur ki, qalıq yanacaqlardan asılılığı azaltmaq üçün səyləri gücləndirərkən sabit qlobal enerji təchizatını təmin etmək üçün birgə işləmək öhdəliyi götürülüb.

Bildirilir ki, G7 qalıq yanacaqlardan qlobal asılılığın azaldılması tempini sürətləndirməyə hazırlaşır.




Bölməyə aid digər xəbərlər