09:22 / 13-06-2025
Yardımlıda traktor aşıb
Rus ordusu yaşayış məntəqələrinə növbəti hücuma hazırlaşır
Tarix: 09-05-2022 09:30 | Bölmə: Slayd
Rus ordusu yaşayış məntəqələrinə növbəti hücuma hazırlaşır

Rusiya qoşunları Ukraynanın Seversk, Slavyansk, Lisiçansk və Avdeevka yaşayış məntəqələri istiqamətində hücuma hazırlaşır.

Reyting.az
xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı sosial şəbəkə hesabında məlumat yayıb.

Baş Qərargah bildirir ki, ruslar Donetsk və Luqansk vilayətlərinin ərazisinə tam nəzarəti ələ keçirmək və bu ərazilərlə işğal olunmuş Krım arasında quru dəhlizini saxlamaq məqsədilə Şərq Əməliyyat Zonasında hücumu dayandırmır. İşğalçıların ən böyük fəallığı Slobojanski və Donetsk istiqamətlərindədir. Eyni zamanda, bütün Ukrayna ərazisinə raket zərbələri endirmə ehtimalı yüksəkdir.

Qeyd olunur ki, Rusiya qoşunları Donetsk istiqamətində aviasiya və artilleriyanın dəstəyi ilə əsas səylərini Rubijne, Popasna yaşayış məntəqələrini nəzarətə götürmək cəhdinə yönəldib, Seversk, Slavyansk, Lisiçansk və Avdeevka yaşayış məntəqələri istiqamətində hücum əməliyyatlarına hazırlıqlar davam edir.

Məlumata görə, Belarus Respublikasının ayrı-ayrı bölmələri Ukrayna-Belarus sərhədinin bir hissəsinin mühafizəsini gücləndirir.

Ruslar Slobojanski istiqamətində aktiv hücum əməliyyatları keçirməsələr də, bölmələrin yenidən qruplaşdırılmasına, döyüş sursatı, yanacağın doldurulmasına, əvvəllər işğal olunmuş mövqelərin saxlanmasına və Ukrayna Müdafiə Qüvvələrinin bölmələrinin dövlət sərhədi istiqamətində irəliləməsinin qarşısını almağa çalışır.

İzyum istiqamətində rusların 1-ci Tank Ordusu, Qərb Hərbi Dairəsinin 20-ci Əlahiddə Ümumqoşun Ordusu və Şərq Hərbi Dairəsinin 68-ci Ordu Korpusunun 29, 35, 36-cı orduları və hava-desant qoşunları əsas səyləri cəmləşdirir.




Bölməyə aid digər xəbərlər