14:16 / 24-04-2024
Nəzir - Akif Abbasov yazır
Rusiya generalları arasında qarşıdurma yaranıb
Tarix: 11-05-2022 19:26 | Bölmə: Slayd
Rusiya generalları arasında qarşıdurma yaranıb

Ukraynaya hücumun uğursuz olması Rusiya Silahlı Qüvvələrinin Baş Qərargahında yüksək rütbəli hərbçilər arasında qarşıdurmaya səbəb olub. İddialara görə, hərbçilər qarşılıqlı ittihamlardan da çəkinmirlər.

Reyting.az
xəbər verir ki, bu barədə Ukrayna Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsi məlumat yayıb.

Hazırda Kremlin yaxın gələcəkdə Ukraynada müharibəni dayandırmaq niyyətinə dair heç bir əlamət olmasa da, rus ordusu cəbhədə xeyli itki verib.

Rusiya Federasiyası logistika briqadalarındakı nəqliyyat vasitələrinin demək olar ki, 45 faizini (6000-dən 2600) Ukraynaya qarşı müharibəyə cəlb edib. Qalan hissəni isə digər fövqəladə hallar zamanı logistika üçün saxlamağa çalışırlar. Məlumata görə, indi ruslar Ukraynada oğurluq avtomobillər hesabına avtoparklarını doldurmaq istəyirlər.

Kəşfiyyat, həmçinin Rusiya Baş Qərargahının generalları arasında hakimiyyət bölgüsü prosesinin baş verməsi barədə məlumat yayıb.

“Xüsusi hərbi əməliyyatın “sürüşməsi” rus generalları arasında, xüsusən də Baş Qərargahda gizli qarşıdurmanın güclənməsinə səbəb olub. Hərbçilərin uğursuzluqlara görə məsuliyyət daşıması qarşıdurmanın da kəskinləşdirib”,- Ukrayna hərbi kəşfiyyatı bildirir.




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}