09:22 / 13-06-2025
Yardımlıda traktor aşıb
G7 liderləri Putini ələ salıb, Rusiyaya yeni qadağalar tətbiq edib
Tarix: 27-06-2022 14:57 | Bölmə: Slayd
G7 liderləri Putini ələ salıb, Rusiyaya yeni qadağalar tətbiq edib

Hazırda ən güclü yeddi dövlətin lideri Almaniyada bir araya gəlib və dünyanın diqqəti keçirilən G7 sammitinə yönəlib.

Reyting.az
xəbər verir ki, Böyük Yeddiliyin (G7) toplantısının əsas müzakirə predmeti Rusiyanın Ukrayna təcavüzüdür.

Almaniyanın ev sahibliyi etdiyi G7 toplantısında Rusiyaya qarşı tarixi qərarın veriləcəyi gözlənilir.

Ağ Ev tarixi qərar və onun mahiyyəti barədə açıqlama verib.

Ağ Evin bəyanatında deyilir: “G7 liderləri Rusiyanın silah sənayesini dəstəkləyə biləcək Qərb texnologiyalarına çıxışını daha da məhdudlaşdırmaq üçün məqsədyönlü sanksiyaları genişləndirəcək”.

Açıqlamada vurğulanır ki, bu addım Rusiyanın itirilmiş hərbi texnikanı əvəz etməsinə mane olacaq.



Məlumat üçün xatırladaq ki, kritik sammitdən əvvəl ABŞ prezidenti Co Bayden bəyanatla çıxış edib.

ABŞ prezidenti “Twitter” hesabından verdiyi açıqlamada müharibə səbəbindən Rusiyadan qızıl idxalına qadağa qoyulacağını bildirib. Bundan sonra bir sıra ölkələr hərəkətə keçib. Ehtimal olunur ki, Rusiya istehsalı olan qızıla qadağalar Rusiyaya ildə 20 milyard dollara qədər zərər verəcək.

Bu arada G7 liderləri təkcə Rusiyanı hədəfə almayıblar, eyni zamanda prezident Putinə ələ salmaqdan da çəkinməyiblər.

Sammit başlayan kimi Böyük Britaniyanın Baş naziri Boris Conson həmkarlarına pencəklərini çıxarmaq, hətta soyunmaq lazım olub-olmadığı haqda sual verib. Kanada lideri Trüdo buna cavab olaraq “Ayaqyalın at minməliyik?” deyib. Bununla da Putinin yəhərsiz at sürməsinə lağ edilib.



Avropa Komissiyasının sədri Ursula Leyen isə daha irəli gedərək “bəli, at sürmək ən yaxşısıdır”,- deyə polemikaya qoşulub.

“Biz Putindən daha sərt olduğumuzu göstərməliyik, gəlin ona əzələlərimizi göstərək”,- deyən B. Consonun replikasından sonra yeddi lider gülüb.

Beləliklə, dünən başlayan sammitdə Rusiyaya qarşı daha bir sanksiya qərarı verilib, G7 Rusiyanın müdafiə sənayesini hədəfə alan qadağalar tətbiq edib.




Bölməyə aid digər xəbərlər