09:22 / 13-06-2025
Yardımlıda traktor aşıb
Sel təhlükəsi: Kür çayının sahilində yaşayanlara xəbərdarlıq edilib
Tarix: 27-06-2022 22:56 | Bölmə: Slayd
Sel təhlükəsi: Kür çayının sahilində yaşayanlara xəbərdarlıq edilib

Son günlərdə ölkə ərazisində, xüsusilə də respublikanın şimal və qərb rayonlarında qeyri-sabit hava şəraiti müşahidə olunur.

Bu gün axşam saatlarında Gədəbəy rayonu ərazisində iri dənəli dolu qeydə alınıb.

Reyting.az
-ın məlumatına görə, Milli Hidrometeorologiya Xidmətinin rəisi Umayra Tağıyeva “Report”a deyib ki, qeyri-sabit hava şəraiti qonşu ölkələrdə də müşahidə olunur:

“Səhər saatlarında Kür Qırakəsəmən məntəqəsində çayın səviyyəsi yarım metrdən artıq (53 sm) olması qeydə alınıb. Proses bu gün gecə ərzində də davam edəcək.

Sabah gün ərzində Kür çayının yuxarı axınında yüksək sululuq müşahidə olunacaq, daşqın istisna edilmir. Ağstafa, Qazax, Tovuz rayonlarında yaşayan əhaliyə xəbərdarlıq edirik ki, Kür çayının yaxınlığında olan şəxslər diqqətli olsunlar. Yerli icra hakimiyyətlərinin də müvafiq tədbirlər görməsi vacibdir”.

U. Tağıyeva diqqətə çatdırıb ki, yaxın günlərdə, yəni iyun ayının sonunadək ölkə ərazisində qeyri-sabit hava şəraiti davam edəcək. Dağlıq və dağətəyi rayonlarda leysan xarakterli yağışlar ehtimal edilir. Nəticədə respublikanın dağ çaylarında qısamüddətli daşqın və sel keçəcəyi proqnozlaşdırılır. Bəzi rayonlara dolu düşəcəyi ehtimalı var.




Bölməyə aid digər xəbərlər