09:22 / 13-06-2025
Yardımlıda traktor aşıb
Putin sui-qəsd təhlükəsi ilə üzləşib - Fotolar
Tarix: 28-06-2022 18:20 | Bölmə: Slayd
Putin sui-qəsd təhlükəsi ilə üzləşib

Mərkəzi Kəşfiyyat İdarəsinin (MKİ) keçmiş rəhbəri Daniel Hoffman hesab edir ki, Rusiya prezidenti Putini devirmək cəhdi sürətli və potensial ölümcül olacaq. Hoffman Rusiya liderinə qarşı mümkün hücumla bağlı təəccüblü iddialar səsləndirib və sui-qəsdi həyata keçirə biləcək insanlardan söz açıb.

Reyting.az
xəbər verir ki, Hoffmanın açıqlaması dünya mətbuatında sensasiyaya səbəb olub.

24 fevralda Ukraynada başlayan müharibədən sonra dünyanın bir nömrəli mövzusuna çevrilən Rusiya prezidenti Putinə qarşı sui-qəsd və xəstəlik iddialarından danışan Mərkəzi Kəşfiyyat İdarəsinin keçmiş rəhbəri iddia edir ki, Kreml sahibi yoldaşları tərəfindən devriləcək.

D. Hoffman bildirir ki, V. Putinə sui-qəsd edəcək şəxslər Rusiyada böyük resurslara sahibdirlər.



Putinə sui-qəsdin “qəfil” və “gizli” olacağını iddia edən Hoffman deyib ki, sui-qəsdi planlaşdıran insanlar bu barədə çox gizli və məxfi davranmalıdırlar ki, Putin onları daha əvvəl tapıb öldürməsin. “Hər şey qəflətən baş verəcək, Putin sui-qəsdə məruz qalacaq və öləcək”, - Hoffman əlavə edib.

“Heç kim, “Ay Vladimir, getmək istəyirsənmi?”,- deməyəcək. Putinin başına çəkic dəyərək öləcək. Yoxsa “sanatoriyaya getmək vaxtıdır”,- deyə onu aldadıb öldürəcəklər”, - ABŞ-ın bir nömrəli çekisti deyib.



Hoffman “çəkiclə sui-qəsd” iddiasını daha da açıb və Putini devirmək istəyəcək şəxslərdən bir neçəsinin adını çəkib. Bu şəxslər Putinin ən yaxın çevrəsində olan Rusiyanın müdafiə naziri Sergey Şoyqu, Rusiya Təhlükəsizlik Şurasının sədri Nikolay Patruşev və FSB direktoru Aleksandr Bortnikovdur. Bu üç şəxsin liderlik ambisiyaları olduğuna diqqət çəkən Hoffman “Onlar Putindən sonrakı dövrə rəhbərlik edəcək potensial üsyanları gözləyirlər”, - ifadəsini işlədib.

Mərkəzi Kəşfiyyat İdarəsinin sabiq rəisinin “çəkiclə sui-qəsd” ssenarisi yaddaşlara sovet inqilabçısı L. Trotskinin öldürülməsini gətirir.

Lakin Ukrayna kəşfiyyatının rəisi, general-mayor Kirilo Budanov Putinin uzun ömür sürməyəcəyini əsas gətirərək, sui-qəsdə ehtiyac olmayacağını iddia edir.

İddiasını Kremldəki casuslarına əsaslandıran Budanovun sözlərinə görə, Putinin ağır xəstəliklərdən əziyyət çəkir və iki il ərzində həyatda olmaya bilər.

Qeyd edək ki, son həftələr Rusiya liderinin şişkin və narahat göründüyü saysız-hesabsız foto və videolar ortaya çıxıb. Putinin ayaqlarının nəzarətsiz titrəməsi və zəif koordinasiyası ilə bağlı iddialar var. Putinin xərçəng xəstəliyinə tutulması və səhhətinin pisləşməsi ilə bağlı iddialar aylardır gündəmdə olsa da, Kremlin sözçüsü Peskov bu iddiaları rədd edib.

Oxşar bəyanatı daha əvvəl Rusiyanın xarici işlər naziri Lavrov da səsləndirib.




Bölməyə aid digər xəbərlər