09:22 / 13-06-2025
Yardımlıda traktor aşıb
Neft kəskin bahalaşa bilər
Tarix: 02-07-2022 10:47 | Bölmə: Slayd
Neft kəskin bahalaşa bilər

Dünya bazarlarında neft qiyməti bir barel üçün 380 dollara çata bilər.

Reyting.az
xəbər verir ki, bu barədə "Bloomberg" agentliyi yazıb. Agentlik bildirir ki, belə bir qiymət artımı Qərbin sanksiyalarına cavab olaraq Rusiyanın neft hasilatını kəskin azaltması nəticəsində mümkündür.

ABŞ-ın "JP Morgan Chase" bankının analitikləri düşünür ki, Rusiya belə bir qərarı ABŞ və Avropa İttifaqı tərəfindən Rusiya neftinə məhdudiyyət tətbiq edəcəyi təqdirdə verə bilər.

Analatikilərin proqnozlarına görə, Rusiya neft hasilatını 3 milyon barel/sutka azaldarsa, neftin qiymətləri 190 dollara çatar.

Bank analitiklərinin fikrincə, ən pis ssenaridə Rusiya neft hasilatını 5 milyon barel/sutka azaldar ki, bu da qiymətlərin bir barel üçün 380 dollara çatması ilə nəticələnər.




Bölməyə aid digər xəbərlər