09:22 / 13-06-2025
Yardımlıda traktor aşıb
Ukraynanın daha bir şəhəri işğal edilib - Yenilənib
Tarix: 03-07-2022 11:31 | Bölmə: Slayd
Ukraynanın daha bir şəhəri işğal edilib

Rusiya ordusu Lisiçansk rayonunda möhkəmlənir və Lisiçansk şəhərini məhv edir.

UNİAN-nın xəbərinə görə, bunu Ukraynanın Luqansk vilayətinin Hərbi Administrasiyasının sədri Sergey Qayday bildirib.

Sergey Qayday deyib ki, Rusiya yəqin ki, Lisiçanska bütün qüvvələrini yönəldib, bütün silah növlərindən istifadə edilir. Luqansk vilayətinin Hərbi Administrasiyasının sədrinin sözlərinə görə, Rusiya ordusu ciddi itkilər versə də, inadla irəliləyir: “Onlar şəhərdə, həmçinin Vernekamenk yaşayış məntəqəsində möhkəmlənir, yaşayış məntəqələrini məhv etməyə davam edir”.

Çeçenistan Respublikasının rəhbəri Ramazan Kadırov isə "Telegram"-da artıq Lisiçansk şəhərinin tam nəzarətə götürüldüyünü yazıb.

Qeyd edək ki, Lisiçansk Luqansk vilayətində Ukraynanın nəzarətində qalan son şəhər olub.(APA)

***

Rusiya ordusu Ukraynanın Luqansk vilayətinə nəzarəti ələ keçirib. Artıq Rusiya müdafiə naziri Sergey Şoyqu bu gün bununla bağlı prezident Vladimir Putinə məruzə edib.


Rusiya Müdafiə Nazirliyindən bildirilib ki, Sergey Şoyqu ali baş komandan Vladimir Putinə Luqansk Xalq Respublikasının azad edilməsi barədə məruzə edib.

Nəzərə çatdırılıb ki, Lisiçansk şəhəri və Beloqorovka, Novodrujesk, Maloryazantsevo, Belaya Qora daxil olmaqla, ətraf yaşayış məntəqələri nəzarətə götürülüb.

Reyting.az




Bölməyə aid digər xəbərlər