09:22 / 13-06-2025
Yardımlıda traktor aşıb
Daha bir şəhər uğrunda şiddətli döyüşlərə hazırlıqlar başlayıb
Tarix: 04-07-2022 17:57 | Bölmə: Slayd
Daha bir şəhər uğrunda şiddətli döyüşlərə hazırlıqlar başlayıb

Lisiçansk şəhərinin rus qoşunları tərəfindən tutulmasından sonra növbəti böyük münaqişənin Donetskdən 70 kilometr qərbdə - Slovyanskda olacağı ehtimal edilir. Hər iki tərəf şiddətli döyüşlərə hazırlaşır. Amma ölkədəki mövcud vəziyyət Ukrayna üçün şəraiti çətinləşdirir.

Reyting.az
xəbər verir ki, rus qoşunları Lisiçansk şəhərini - Ukraynanın “son qalası”nı ələ keçirdikdən sonra əsas diqqət yenidən Donbass bölgəsinə yönəlib.

Lisiçanski şəhəri Rusiyanın aylardır nəzarətdə saxlamağa çalışdığı Donbass bölgəsinin mühüm bir hissəsi idi və Luqanskda Ukraynanın əlində qalan son yer idi. Şəhərin süqutu ilə Rusiya bölgədə ciddi üstünlük əldə edib.



Həm Rusiya, həm də Ukrayna bütün qüvvələrini bölgəyə səfərbər edərkən, növbəti böyük qarşıdurmanın baş verəcəyi ünvan da bəlli olub.

Təhlükəsizlik səbəbiylə adını açıqlamayan Ukraynanın yüksək rütbəli hərbçisi deyib ki, hər kəs növbəti döyüşlərin Slovyanskda olacağını bilir.

Slovyansk meri Vadim Lyax şəhərin artıq raket hücumlarına məruz qaldığını, Rusiya ordusunun şəhərə bombalı hücumu zamanı 6 nəfərin öldüyünü, şəhərdə 15 yanğının baş verdiyini bildirib.

Ukraynalı əsgərlərin bölgədəki icazələrinin ləğv edildiyi və hazırlıqlara başlanıldığı öyrənilib. Ukrayna ordusunun əsgərlərindən biri Rusiya ordusunun şəhərə sürətlə irəlilədiyini və silahlarının kifayət qədər olmadığını iddia edib.

Slovyanskda döyüşlər Ukrayna üçün asan olmayacaq. Səbəbini anlamaq üçün 8 il geriyə nəzər salmaq lazımdır. Slovyansk 2014-cü ildə rus qoşunları tərəfindən ələ keçirilib və 3 aylıq mübarizədən sonra azad edilib. Bu zaman baş verən qarşıdurmalar və saysız-hesabsız qətllər yerli əhalini yorub.

Şəhər əhalisinin böyük hissəsi, xüsusən də yaşlılar hələ də Rusiyaya rəğbət bəsləyirlər. Ukrayna ordusuna və hökumətinə qarşı inamsızlıq o qədər artıb ki, hətta son böyük hücumların arxasında rəsmi Kiyevin olduğunu iddia edənlər də var.

“Ukrayna adlanan yer bizi qoruyur, bəs bu, nə cür müdafiədir?”, - yerli sakinlərdən biri “Asoşote Press”-ə deyib. Əlavə edib: “Onlar Baydenin önündə diz çökürlər”.

Rusiya qoşunları bölgədə addım-addım irəlilədikcə hücumlar güclənir. Hazırda şəhərin bombardmanının gündə ən azı 4-5 dəfə baş verdiyini vurğulayan mer Lyax ötən həftə kaset bombalarından istifadə edildiyini açıqlayıb.



Hərbi analitiklər bölgəyə təcili hərbi yardım edilməsinin vacibliyini bildiriblar. Onların fikrincə, əks-təqdirdə Ukrayna bu döyüşdə məğlub olacaq.

Rusiya prezidenti Putin heç vaxt sübut göstərə bilməsə də, Ukraynanın şərqində soyqırım törədildiyinə dair iddialar çoxdan dilə gətirilir.

Onu da qeyd edək ki, fevralın 24-də müharibə başlayanda Donbasın üçdə ikisi Ukraynanın nəzarətində idi. Qalanları 2014-cü il müharibəsindən bəri ruspərəst separatçıların əlinə keçib və onlar Rusiya tərəfindən ciddi dəstəklənir. Əgər Rusiya Luqanskidən sonra Donetski də ələ keçirə bilsə, böyük imkanlar qazanacaq və növbəti addım Donbasın ilhaqı olacaq.




Bölməyə aid digər xəbərlər