09:22 / 13-06-2025
Yardımlıda traktor aşıb
Təhsilə ayrılan böyük vəsaiti mənimsəyirlər - Deputat
Tarix: 07-07-2022 10:04 | Bölmə: Slayd
Təhsilə ayrılan böyük vəsaiti mənimsəyirlər

“2000-ci ildən bəri deyirdik ki, Dünya Bankının təhsil sahəsinə ayırdığı külli miqdarda kredit istiqaməti üzrə xərclənmir, dərsliklərin yazılmasında inhisarçılıq var, təsadüfi adamlar məktəblərə direktor təyin olunur, ali məktəblər naşı idarəçiliyin qurbanına çevrilib, çoxları buna inanmırdı. Bu neqtiv hallara məhəl qoyan yox idi, lakin acı nəticələri sonradan gördük”.

Reyting.az
xəbər verir ki, bunu Milli Məclisin deputatı, təhsil eksperti Etibar Əliyev bildirib.

E. Əliyev qeyd edib ki, Dünya Bankının krediti və proqramlara ayrılan vəsaitlərin mənimsənilməsi hesabına milyonçu olanları hamı tanıyır: “Dünya Bankının kredit vəsaitinin hesabına yazılan kurikulum sənədi proqram, məzmun və dərsliklərdə dolaşıqlıq yaratdı. Bu sənədi ölkənin elm və təhsil adamları yox, Hollandiyanın hansısa CİTO qrupu bizə “sırıdı”. Acı fəsadlar göz önündədir. Dərsliklər elə urvatsız səviyyədə yazıldı ki, müəllim, şagird və valideyn “labirint”ə düşdü. İndi də bu proses davam edir.

Böyük Kant deyirdi ki, uşqları yaxşı öyrətmək üçün əvvəlcə onlarda xarakter formalaşdırmaq lazımdır. Məktəb də analoji olaraq belə olmalıdır. Məktəbdə tədris və tərbiyə üçün yaxşı mühit yaradılmalıdır. Biz bunu edə bildikmi? Yox, edə bilmədik. Bunu etmək üçün məktəb rəhbərliyi şəffaf seçilməli, valideyn-müəllim münasibətləri ali səviyyədə olmalıdır. Məktəb öz sagirdləri arasında ayrı-seçkilik yaratmamalıdır”.


Etibar Əliyev

Milli Məclis üzvü əlavə edib ki, XXI əsrin məktəbində tərbiyə amili gücləndirilməlidir: “Əgər uşaqlar kütləvi şəkildə məktəbdən yayınırlarsa və buna şərait yaradılırsa məktəb və müəllim öz üzərinə düşən mühüm dəyərdən-tərbiyədən imtina etmiş olur.

Dünyada məktəb tədqiqatları geniş vüsət alıb. Burada gələcək proqnozlaşdırılır. Dumanlı nə görünürsə, onun aradan qaldırılması üçün mütəxəssislər toplaşırlar, hökumət səviyyəsində məsələlər qaldırırlar. Biz təhsilimizin gələcəyini proqnozlaşdıra bilmirik. Günləri yola veririk, tənqid edənlərdən düşmən obrazı yaradılır.

Deyirlər ki, təhsildə fundamental problemlər barədə tədqiqatlar və diskussiyalar aparılmır. Bu, harada aparılmalıdır? Bunun təşəbbüskarı kim olmalıdır? Dialoq mühiti varmı? İndiki təkəbbürlə biz heç nəyə nail ola bilməyəcəyik. Sahəni bilən adamlar bir yerə toplaşıb mövcud durumu təhlil etməlidirlər. Təəssüflər olsun ki, təfəkkür tərzi buna imkan vermir.

Bəzən görürsən ki, cavan məmurun təfəkkürü yaşlı məmurun təfəkküründən daha məhdud və avtoritardır. Bu hal indi özünü daha qabarıq göstərir. Dinləmə mədəniyyəti olmayanda monoloq burulğanı yaranır. Vəzifə tutanların çoxunun qazandığı bilik(?) və mərifət(?) təhsil sahəsinə uyğun gəlmir. Bunun da fəsadları artıq görsənir və genişlənir. Təhsilimizi qoruya bilməsək nə indimiz, nə də gələcəyimiz bizi bağışlamayacaq”.




Bölməyə aid digər xəbərlər