09:22 / 13-06-2025
Yardımlıda traktor aşıb
Professor: “Turan məsələsində İran da, Rusiya da gecikib”
Tarix: 07-07-2022 10:36 | Bölmə: Slayd
Professor: “Turan məsələsində İran da, Rusiya da gecikib”

“Özbəkistandakı prosesi hazırlayan Rusiyanın kəşfiyyat orqanlarıdır. Çünki Qaraqalpaqıstan kifayət qədər inkişaf etmiş region deyil. Düzdür, ərazisi böyükdür, amma onları siyasi cəhətdən yetkin və aktiv əhali hesab etmirəm. Sadəcə, Özbəkistan konstitusiyasının dəyişdirilməsi planı ərəfəsində hansısa qüvvələr öz maraqları naminə Qaraqalpaqıstandan yararlanmağa çalışdılar. Əslində bu, yanvar ayında Qazaxıstanda baş verənlərin yeni formasıdır və Özbəkistana tətbiq etməyə çalışırlar”.

Bu sözləri Reyting.az-a professor Cümşüd Nuriyev Özbəkistandakı siyasi qarşıdurmanı şərh edərkən deyib.

C. Nuriyevin qənaətincə, burada əsas məqsəd Türkiyə layihəsinin önünü kəsməkdir:

“Nəzərə almaq lazımdır ki, Türkiyədən sonra türkdilli ölkələr arasında Özbəkistan Türkiyədən sonra əhalisinə görə ikinci ən böyük ölkədir. Ərazisinə görə isə ən böyük Qazaxıstandır. Bütün bunlara baxmayaraq, Özbəkistanda türkçülük daha yüksəkdir. Üstəlik, zamanında Turanın mərkəzi olub. Çalışırlar ki, Özbəkistanı qarışdırsınlar. Hesab edirəm ki, Özbəkistandakı gərginliyin arxasında rus kəşfiyyatı dayanır”.

Professor deyib ki, Rusiyanın ssenarisi Özbəkistanda alınmayacaq:

“Əvvəla, Özbəkistan prezidenti Mirziyoyev çox təcrübəli diplomatdır. O, uzun müddət ölkəsinin ABŞ-dakı səfiri olub, dünyada baş verən prosesləri yaxşı bilir. Üstəlik, MDB daxilində nələrin baş verməsini də dəqiq analiz etmək qabiliyyətinə sahibdir. Odur ki, Özbəkistan bu prosesdən çıxa biləcək”.

Qaraqalpaqıstan hadisələrində 18 nəfərin öldüyünü, 250-dən çox insanın yaralandığını xatırladan C. Nuriyev bildirib ki, baş verən hadisələrdə əsasən rus-fars duetinə diqqət yetirilməlidir - hansı ki, Turanın yaradılması onları narahat edir: “Bunun da əsası var. Uzun yüzilliklər ərzində İranı türklər qoruyub saxlayıb və idarə edib. XV əsrə qədər isə rusların beynəlxalq yazışmaları türk dilində olub. Rus dahilərinin əksəriyyəti türk kökənlidir. Odur ki, İran da, Rusiya da Turan ideyasını sevmir, buna təhlükə kimi baxırlar. Amma Turan məsələsində İran da, Rusiya da gecikib. Artıq qatar yola düşüb”.

Reyting.az




Bölməyə aid digər xəbərlər