09:22 / 13-06-2025
Yardımlıda traktor aşıb
Mümkün nüvə hücumuna qarşı ssenarilər işə salınır - Fotolar
Tarix: 12-07-2022 14:11 | Bölmə: Slayd
Mümkün nüvə hücumuna qarşı ssenarilər işə salınır

Rusiya-Ukrayna müharibəsi tam sürətlə davam etdiyi bir vaxtda, Rusiya dövlət televiziyasının nüvə təhlükəsi xəbərdarlığından sonra ABŞ-ın Nyu-York şəhərində əhaliyə xəbərdarlıq edilib. Qısa müddətdə çaxnaşmaya səbəb olan xəbərdarlıqda (məqalə) nüvə hücumu zamanı nələr ediləcəyi açıqlanıb.

Reyting.az
xatırladır ki, hazırda Qərb ölkələri və Rusiya Ukrayna müharibəsinə görə tarixlərinin ən gərgin dövrünü yaşayır. Rusiyadan gələn xəbərlər isə bu gərginliyin daha da artacağından xəbər verir. Çünki Kremlin idarə etdiyi media nüvə təhdidlərini davam etdirir. Dövlət mediası Rusiya prezidenti Putinin əlində olan silahlarla ABŞ-ın Şərq sahilini məhv edə biləcəyini açıqladıqdan sonra Nyu-Yorkun Fövqəladə Halların İdarə Edilməsi Departamenti mümkün nüvə hücumu zamanı nə etməyin lazım olduğunu izah edən video yayımlayıb.

“Nüvə hücumu oldu. Məndən necə və niyə soruşmayın. Sadəcə, bil ki, bu baş verib”.



“Bəs indi nə edirik?”,- sözləri ilə başlayan videoda nələr edilə biləcəyi 3 başlıq altında təqdim edilib.

Videoda nüvə hücumu ssenarisində ilk işin binaya girmək olduğu vurğulanıb və nəqliyyat vasitələrində oturmamaq tövsiyə olunub.

Videoçarxda diqqətə çatdırılır ki, qapı-pəncərələri bağlayın, pəncərələrdən uzaq durun. Eyni zamanda təmizlik işlərinin və paltardəyişmənin ən qısa zamanda aparılmasının vacibliyi vurğulanır.

Daha sonra rəsmi kanallardan gələn xəbərləri izləməyin vacibliyi bildirilir.

Videoda üç əsas iş ümumiləşdirilib: “İçəri girin, içəridə qalın, bizi izləyin”.

Məlumata görə, bu xəbərdarlıq qısa müddətdə sosial mediada yayılsa da, bəzi istifadəçilərdə panikaya səbəb olub.



“Nyu-York şəhərində və ya onun yaxınlığında baş verə biləcək nüvə hücumu ehtimalı çox aşağı olsa da, Nyu-York sakinlərinin təhlükəsiz qalmaları üçün atılacaq addımları bilmələri vacibdir”,- xəbərdarlıqda qeyd edilib.

Diqqətə çatdıraq ki, Rusiya prezidenti Vladimir Putin tərəfindən tez-tez gündəmə gətirilən “Şeytan 2” raketləri Rusiyanın paytaxtı Moskvadan buraxıldıqda Avropa və ABŞ paytaxtlarına çata biləcək mənzilə malikdir. “Satan 2”-nin İkinci dünya müharibəsi zamanı ABŞ-ın Yaponiyanın Xirosima və Naqasaki şəhərlərinə atdığı atom bombalarından 2000 dəfə güclü olduğu bildirilir.

Raketin ən azı 10 nüvə başlığına sahib ola biləcəyi də məlumatlar arasındadır.

Sözügedən raket V. Putinin təriflədiyi yeni nəsil rus silah texnologiyasının bir hissəsidir. Putin 2018-ci ildəki çıxışında hipersəs raketlərinin dənizdə və quruda 1000 kilometr məsafədəki hədəfləri vura biləcəyini açıqlamışdı.

Raketi “dayanılmaz” və “məğlubedilməz” kimi xarakterizə edən Putin, yeni silahları ilə dünyanın demək olar ki, istənilən nöqtəsini vura biləcəklərini və ABŞ istehsalı olan raket qalxanından qaçmağa qadir olduğunu iddia edir.

Reyting.az




Bölməyə aid digər xəbərlər