09:22 / 13-06-2025
Yardımlıda traktor aşıb
İcra başçısının müavini ilə məktəb direktoru azyaşlı qızı döyüblər - Yenilənib - Fotolar
Tarix: 15-07-2022 14:43 | Bölmə: Slayd
İcra başçısının müavini ilə məktəb direktoru azyaşlı qızı döyüblər - Yenilənib

Lənkəran şəhər icra hakimiyyəti başçısının müavini Rəsilə Əliyeva və Lənkəran 4 saylı orta məktəbin direktoru Yeganə Əsgərova (Babayeva) məktəbli qızı döyüblər.

Reyting.az
xəbər verir ki, bu barədə Azərbaycan Uşaqlar Birliyinin sədri Kəmalə Ağazadə sosial şəbəkə hesabında bildirib.

K. Ağazadə işgəncəyə məruz qalmış azyaşlının fotolarını paylaşaraq yazıb:

“Şəkilləri göndərən şəxs iddia edir ki, bacısı qızını bu hala salanlar Lənkəranın icra hakimiyyəti başçısının müavini Rəsilə Əliyeva və Lənkəran 4 saylı orta məktəbin direktoru Yeganə Əsgərova (Babayeva) olub. Məktəblini attestat vermək adı ilə evə çağıraraq fiziki zorakılıq tətbiq ediblər”.

İddia olunur ki, məktəblinin döyülməsinə səbəb Rəsilə Əliyevanın qızının telefonundan istədiyi oğlana mesaj yazmasıdır:

“Deyilənə görə, Rəsilə Əliyeva öz qızını da döyüb, amma belə yox”.

Qeyd edək ki, Lənkəran Şəhər İcra Hakimiyyəti məsələyə münasibət bildirib:

“Lənkəran şəhər icra hakimiyyəti başçısının müavini Rəsilə Əliyeva tərəfindən məktəbli qızın döyülməsi və ya harasa dəvət edilməsi barədə məlumat yalandır. Sosial şəbəkədə məktəbli qızın döyulməsi ilə bağlı paylaşılan şəkillər barədə Lənkəran ŞRPŞ-nə məlumat verilib, hazırda şöbədə araşdırma aparılır”.

***

Döyülən azyaşlının anası Ləman Camalova Reyting.az-a deyib ki, hazırda övladının psixoloji durumu çox pisdir, hətta intihara da cəhd etmək istəyib.

Onun sözlərinə görə, məsələ ilə bağlı polisə və prokurorluğa müraciət etsələr də, hələlik hər hansı cavab almayıblar.

***

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Lənkəran regional qrupunun baş inspektoru, polis baş leytenantı Məhəmməd Rzayev bildirib ki, məsələ ilə bağlı Lənkəran Şəhər Polis Şöbəsinə daxil olmuş müraciət əsasında araşdırma aparılır:


"Müvafiq ekspertiza təyin edilib. Ekspertizanın və araşdırmanın nəticəsindən asılı olaraq məsələyə hüquqi qiymət veriləcək".

Onu da qeyd edək ki, icra başçısının müavini Rasilə Arifqızı “Sputnik Azərbaycan”a açıqlamasında bildirib ki, barəsində səsləndirilən iddialar əsassızdır:

“Bu qız məktəbdə mənim qızımla bir sinifdə oxuyurdu. O, mənim qızımın və digər sinif yoldaşları olan qızların adından oğlanlara tərbiyəsiz mesajlar yazıb. Mən bu barədə xəbər tutan kimi onun valideynlərinə məlumat verdim. Qızıma isə tapşırdım ki, onun telefonunu alıb mənə gətirsin. Onun telefonundan mənim və sinifdəki digər qızların adından oğlanlara tərbiyəsiz mesajlar yazıldığını gördüm. Telefonda həmin yeniyetmənin özünün də əxlaqsız videoları vardı. Mən həmin videoları qızın valideynlərinə göndərdim".

Reyting.az işgəncəyə məruz qalmış məktəblinin fotolarını təqdim edir:







Bölməyə aid digər xəbərlər