17:38 / 28-03-2024
Əməkdar artist vəfat edib
Qarabağdakı rus sülhməramlıları həddini aşır
Tarix: 29-11-2022 22:48 | Bölmə: Siyasət
Qarabağdakı rus sülhməramlıları həddini aşır

“Rusiya Federasiyasının sülhməramlı kontingentinin müraciətlərimizə etinasız yanaşması təəssüf doğurur”.

Reyting.az
xəbər verir ki, bu, Azərbaycan Müdafiə Nazirliyinin açıqlamasında deyilir.

Müdafiə Nazirliyinin məlumatına görə, Azərbaycan Respublikası ərazisindəki yaşayış məntəqələrinin adlarının uydurma erməni toponimləri ilə qeyd olunması, o cümlədən "Dağlıq Qarabağ ərazisi" ifadəsinin işlənməsi YOLVERİLMƏZDİR.

Nazirlik Rusiya Federasiyasının sülhməramlı kontingentini rəsmi məlumatlarında qeyd olunan yanlış ifadələrdən istifadə etməməyə çağırır: “Bu çağırışımıza əməl olunacağına ümid edirik. Bundan başqa, ölkəmizin adının da paylaşdıqları xəritədə düzgün qeyd olunmasını tələb edirik.

Bir daha xatırlatmağı özümüzə borc bilirik ki, Rusiya Federasiyasının Müdafiə Nazirliyinin rəsmi internet səhifəsində dərc olunan Rusiya Federasiyasının sülhməramlı kontingentinin 29.11.2022-ci il tarixli rəsmi məlumatında "Dağlıq Qarabağ ərazisi" kimi qeyd olunan ərazi Qarabağ iqtisadi rayonudur, “Mardakert” və "Martuni" kimi adlandırılan Azərbaycan yaşayış məntəqələrinin rəsmi adları isə müavafiq olaraq AĞDƏRƏ, XOCAVƏNDDİR.

Sülhməramlı kontingentin həmin məlumatda qeyd etdiyi guya Azərbaycan Ordusunun bölmələri tərəfindən Şuşa istiqamətində atəş açılması və nəticədə iki nəfərin yaralanması barədə xəbərin də heç bir real əsası yoxdur, tamamilə yalandır. Bu məlumatı qəti surətdə təkzib edirik”.




Bölməyə aid digər xəbərlər
17-03-2024, 12:16 “Kompas” səmtini azıb

{sape_links}{sape_article}