Nostradamusun 2023-cü il üçün proqnozları... - Bu il dünyanı nələr gözləyir?
Tarix: 28-12-2022 17:59 | Bölmə: Slayd
Nostradamusun 2023-cü il üçün proqnozları... - Bu il dünyanı nələr gözləyir?

London şəhərindəki böyük yanğını, Adolf Hitlerin yüksəlişini, Con Kennedinin öldürülməsini, hətta koronavirus pandemiyasını proqnozlaşdırdığı iddia edilən Nostradamusun 2023-cü illə bağlı da öncəgörmələri ortaya çıxıb. Nostradamusun illər öncə verdiyi proqnoza görə, 2023-cü ildə də dünya bir sıra təhlükələrlə üzləşəcək.

Reyting.az
-ın məlumatına görə, Nostradamusun vəfatından yüz illər ötməsinə baxmayaraq, əksər insanlar onun proqnozlarına inanır.

Nostradamus dövrümüzün ən böyük problemlərindən olan qlobal istiləşməni düzgün proqnozlaşdırıb. Onun proqnozuna görə, 2023-cü ildə temperatur getdikcə artacaq, dəniz səviyyəsi yüksələcək, günəş kimi dənizlər də dağlıq olacaq. Dənizdə yaşayan bütün balıqlar sanki qaynayacaq.



Ukraynada başlayan müharibə 10 ayı geridə qoysa da, Nostradamus 2023-cü il üçün də böyük müharibə proqnozlaşdırır və “Yeddi ay böyük müharibə, pislik üzündən ölən insanlar” ifadələrini işlədir.

Öncəgörməyə əsasən, münaqişə genişmiqyaslı dünya müharibəsinə də çevrilə bilər.

Kahinə görə, Dəccal 2023-cü ildə qapımızı döyəcək. Müharibədə kafirlər öləcək, əsir düşəcək, sürgün ediləcək. Cansız insan bədənləri, qan və su yer üzünü bürüyəcək.

Nostradamus kimdir?



Həkim, yazıçı, tərcüməçi, astroloji məsləhətçi kimi təqdim edilən, lakin öncəgörən kimi daha çox şöhrət qazanan Mişel de Nostredam 1503-cü ildə anadan olub. Nostredam soyadının yəhudi olan babasından gəldiyi iddia edilir. O, 1547-1549-cu illər arasında İtaliyaya etdiyi səyahətlər zamanı Milanda bir kimyagərlə tanış olur. Bu kimyagərdən dərs alaraq 1552-ci ildə dərmanlar haqqında ilk kitabını nəşr etdirib. Astrologiya ilə maraqlanan Nostradamus, bütün müasirləri kimi, 1550-ci ildən etibarən göy cisimlərinə əsaslanaraq gələcəklə bağlı proqnozlar verib.

Onu da xatırladaq ki, məşhur öncəgörənin ötən il üçün verdiyi proqnozlarda “dünyada adamyeyənliyin yayılmasına” və kriptovalyutaların yüksəlişinə işarə olunmuşdu.

Reyting.az




Bölməyə aid digər xəbərlər