16:46 / 19-04-2024
İlham Əliyev Rusiyaya gedir
Putinin Qara dəniz sahilində gizli bunkeri üzə çıxıb - Fotolar
Tarix: 18-05-2023 13:12 | Bölmə: Slayd
Putinin Qara dəniz sahilində gizli bunkeri üzə çıxıb

Rusiya prezidenti Vladimir Putinin Qara dəniz sahilindəki dəbdəbəli iqamətgahına bağlı gizli bunkerin olduğu bildirilir.

Reyting.az
xəbər verir ki, ABŞ-ın aparıcı media qurumlarından olan “Business Insider” Putinin milyardlarla dollarlıq malikanəsinə bitişik bunkerin təfərrüatlarını paylaşıb.

Rusiyalı müxaliflərə istinad edən ABŞ mediası Putinin dəbdəbəli iqamətgahında qəlyan salonu, şərab zirzəmisi, kilsə, buz meydançası və helikopter meydançasının olduğunu da yazır.



İqamətgahın altında gizli lift də var və 50 metr aşağı enərək Qara dəniz sahilinə çıxışı təmin edir.

Həm də bir müddət Rusiyada xidmətdə olmuş “Metro Style” podratçı şirkətin məlumatlarını paylaşan “Business Insider” qeyd edib ki, memarlıq təsvirlərinə görə, tunellər çox qalın betondan hazırlanıb və təmiz su, təmiz hava ilə təmin edilir. Bunkerdəki şəxslər günlərlə, hətta aylarla sağ qala bilirlər.



Struktur mühəndisi Thaddeus Gabryszevski deyib ki, bu tunellərdə prioritet təhlükəsizlikdir. Yanğından qorunma, su və kanalizasiya sistemi də var.

Müvafiq xəritə və sxemlərdə tunellərin uzunluğunun 40-60, eninin isə 6 metr olduğu qeyd edilib.



E. KAMAL




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}