NATO Rusiya ilə müharibəyə hazırlaşır
Tarix: 19-05-2023 17:09 | Bölmə: Slayd
NATO Rusiya ilə müharibəyə hazırlaşır

NATO-nun iyul ayında Vilnüsdə keçiriləcək sammitində üzv ölkələrin liderləri “Soyuq müharibə”dən bəri ilk dəfə, Rusiyanın hücumuna necə cavab verəcəkləri barədə minlərlə səhifəlik gizli müharibə planlarını təsdiqləməlidirlər.

Reyting.az
“Röyter” agentliyinə istinadla bildirir ki, bu addım əsaslı dəyişikliyi göstərir.

Qeyd olunur ki, NATO Əfqanıstan və İraqda kiçik müharibələr apardığı və postsovet Rusiyasının artıq ekzistensial təhlükə yaratmadığını hiss etdiyi üçün onilliklər ərzində genişmiqyaslı müdafiə planları hazırlamağa ehtiyac görməyib. Amma indi - 1945-ci ildən bəri Avropa ərazisi sayılan Ukraynada ən qanlı müharibə gedir və belə bir vaxtda NATO “Rusiya ilə münaqişə başlamazdan xeyli əvvəl bütün lazımi planlar həyata keçirməlidir”, - xəbərdarlığını edir.

NATO-nun yüksək səviyyəli rəsmisi admiral Rob Bauer deyib ki, böhran idarəçiliyi ilə kollektiv müdafiə arasındakı əsas fərq budur: “Vaxtı biz yox, rəqibimiz təyin edir. Biz hər an münaqişəyə hazır olmalıyıq”.

NATO həm də üzv ölkələrə öz qüvvələrini və maddi-texniki təchizatını necə modernləşdirməklə bağlı təlimatlar verəcək.

NATO-nun rəhbəri Yens Stoltenberq “Soyuq müharibə” dövründə olduğu kimi, bəzi bölgələrin müdafiəsi üçün müəyyən qoşunların yerləşdirilməsini nəzərdə tutacaq yüksək məxfi sənədlər haqqında deyib:

“Müttəfiqlər hansı qüvvələrə və aktivlərə ehtiyac olduğunu, o cümlədən harada, nəyin və necə yerləşdiriləcəyini dəqiq biləcəklər”.

ELÇİN




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}