16:46 / 19-04-2024
İlham Əliyev Rusiyaya gedir
Dünya güclü radiasiya təhlükəsi ilə üzləşib - Xəbərdarlıq
Tarix: 22-05-2023 13:18 | Bölmə: Slayd
Dünya güclü radiasiya təhlükəsi ilə üzləşib

Rusiyanın Ukraynaya hücumu nəticəsində Zaporojye Atom Elektrik Stansiyasında (AES) yaranmış təhlükəli vəziyyət kritik həddə çatıb. Reyting.az xarici KİV-lərə istinadla xəbər verir ki, bununla əlaqədar “Energoatom” bütün dünya üçün yarana biləcək radiasiya təhlükəsi barədə xəbərdarlıq edib.

Dövlət müəssisəsi olan “Energoatom” Milli Nüvə Enerjisi İstehsalat Şirkətinin Teleqram kanalında yer alan məlumata görə, Rusiyanın hücumu başlayandan bəri (4 mart 2022-ci il) yeddinci dəfədir ki, AES-də təhlükəli vəziyyət yaranır.

Ona görə də Zaporojye AES-in dərhal qanuni operatoruna - “Energoatom”un tam nəzarətinə qaytarılması, stansiyanın normal fəaliyyətə gətirilməsi, obyektin nüvə və radiasiya təhlükəsizliyinin bərpası tələb olunur.

“Enerqoatom” tələb edir ki, Rusiyanın nüvə terrorizmi dərhal dayandırılmalı, işğalçılar stansiyanın ərazisini və onun peyk şəhəri Enerqodarı tərk etməlidirlər.

Xatırladaq ki, Zaporojye AES artıq bir ildir Rusiyanın işğalı altındadır. Ukrayna tərəfi bildirir ki, rus işğalçılarının əməlləri ucbatından AES-də dəfələrlə fəlakətli vəziyyət yaranıb.

Bu arada BMT də məsələyə reaksiya verib. BMT-nin nüvə müşahidəçisi Ukrayna Silahlı Qüvvələrinin əks-hücumuna qədər Zaporojye AES-də təhlükəsizliyin təmin edilməsinə dair razılaşmanın bağlanmasında israrlıdır.

“The Washington Post”un yazdığına görə, Ukrayna və Rusiya arasında Zaporojye AES ətrafında qoruyucu zonanın yaradılmasına dair sazişin bağlanması üzrə demək olar ki, doqquz aylıq uğursuz cəhdlərdən sonra Beynəlxalq Atom Enerjisi Agentliyinin rəhbəri Rafael Qrossi nüvə fəlakətinin başvermə ehtimalını nəzərə alaraq, atom enerjisinin azaldılması ilə bağlı yeni təklif irəli sürüb. O, bu ayın sonunda BMT Təhlükəsizlik Şurasının təsdiqinə beş prinsipin siyahısını təqdim etməyi planlaşdırır.

Bununla belə, Rusiya elektrik stansiyasının yerləşdiyi Enerqodardan tamamilə çıxmaq və AES-i qaytarmaq istəmədiyi üçün konsensusun əldə edilməsi çətin məsələ olaraq qalır.

Qeyd edək ki, Discord mesajlaşma platformasında sızan ABŞ kəşfiyyatının əvvəllər bildirilməmiş məxfi sənədlərinə görə, Ukrayna Qrossinin səylərinə şübhə ilə yanaşır.

Fevralın ortalarında Ukrayna prezidenti Vladimir Zelenski “hökumət rəsmilərinin MAQATE-nin baş direktoru Qrossinin Kiyevin stansiyanın demilitarizasiyasına məcbur etməsinə imkan verməyəcəyini, bunun Kiyevin maraqlarına uyğun gəlməyəcəyinə inandığını” deyib.

Bununla bağlı yayılmış sənəddə “elektron kəşfiyyat hesabatı”na istinad edilir və bu məlumatın elektron ələkeçirmə yolu ilə əldə edildiyi bildirilir.

E. KAMAL
Reyting.az




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}