Dəhşətli statistika: son 7 ildə 3 milyondan çox insan qətlə yetirilib
Tarix: 23-05-2023 11:53 | Bölmə: Slayd
Dəhşətli statistika: son 7 ildə 3 milyondan çox insan qətlə yetirilib

2015-2021-ci illər ərzində təxminən 3,3 milyon insan müxtəlif cinayətlər səbəbindən həyatını itirib.

Reyting.az
xəbər verir ki, bunu Birləşmiş Millətlər Təşkilatının Narkotiklər və Cinayətkarlıqla Mübarizə İdarəsinin (UNODC) rəhbəri Qada Fəthi Vali bildirib.

İdarə rəhbəri deyib ki, dünyada ədliyyə sisteminin fəaliyyətində problemlər var və bu, insanların həyatını itirməsinə səbəb olur.

Qeyd edək ki, BMT-nin Vyana ofisində BMT-nin 77-ci Baş Assambleyasının sədri Ksaba Körösinin iştirakı ilə Cinayətin Qarşısının Alınması və Cinayət Mühakiməsi Komissiyasının 32-ci Sessiyasının birinci iclası keçirilib. Vali sessiyanın açılışındakı çıxışında dünyanın demək olar ki, hər qitəsində qeyri-sabitlik və qarşıdurmaların olduğunu, ədaləti əlçatmaz edən bu vəziyyətə görə daha çox insanın mütəşəkkil cinayət və zorakılığa məruz qaldığını bildirib.

Dünyada həbsxanalardakı insanların 100-də 30-na qarşı məhkəməsiz məhbus kimi rəftar edildiyinə diqqət çəkən Vali əlavə edib ki, buna səbəb ədalət mexanizmindəki problemlərdir.

UNODC rəhbəri deyib ki, narkotik ticarəti, müxtəlif mütəşəkkil cinayətkar birləşmələr və korrupsiya ölkələri milyardlarla dollardan məhrum edir.

Onun sözlərinə görə, dünyada münaqişə və münaqişələrdən qaçan məcburi köçkünlərin sayı keçən il ilk dəfə olaraq 100 milyonu keçib.

Qanunun aliliyinin hökm sürdüyü, hər kəsin ədalətə çıxışı olduğu, insanların zorakılıq və istismardan qorunduğu zaman ölkələrin və cəmiyyətlərin öz inkişaf tələblərini reallaşdırmaq üçün ən yaxşı vəziyyətdə olacağını vurğulayan Vali, 2030-cu ilə qədər davamlı inkişafa nail olmaq üçün gözləntilərinin olduğunu qeyd edib.

Eyni zamanda bildirilib ki, dünyadakı inkişaflar işığında BMT-nin təyin etdiyi hədəflər çox da ürəkaçan deyil.

“2015-2021-ci illər arasında dünyada təxminən 3,3 milyon insan cinayətlər səbəbindən həyatını itirib. COVİD-19 məhdudiyyətləri səbəbindən 2020-ci ildə adamöldürmə nisbətlərində mülayim bir azalma olsa da, 2021-ci ildə tez bir zamanda “inkişaf” müşahidə edilib”,- deyə Vali əlavə edib.

Y. QACAR
Reyting.az




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}