09:32 / 09-05-2025
SOCAR-da yeni təyinat olub
Peyk görüntüləri: Ukrayna üçün qələbə asan olmayacaq - Fotolar
Tarix: 23-05-2023 14:16 | Bölmə: Slayd
Peyk görüntüləri: Ukrayna üçün qələbə asan olmayacaq

Qərbdən göndərilən silahlarla Rusiya üzərində ciddi uğur qazanacağını sübut etməyə çalışan Ukrayna üçün əks-hücum böyük sınaq olacaq.

Reyting.az
xəbər verir ki, Ukrayna ordusunun ruslara qarşı necə döyüşəcəyini təhlil etmək üçün peykdən çəkilmiş yüzlərlə şəkil təhlil edilib. Bu zaman diqqəti əsasən, oktyabr ayından bəri Ukraynanın cənubunda tikilmiş xəndəklər və istehkamlar çəkib. Bu fotolar Rusiyanın əks-hücumdan nə gözlədiyini və Ukrayna qüvvələrinin hansı müdafiə ilə üzləşəcəyini göstərir.



Qeyd edək ki, 2014-cü ildə Rusiya tərəfindən ilhaq edilən Krım əvvəllər çimərlikdəki kurortları ilə tanınırdı. 25 km-ə qədər uzanan sahil xəttindəki stul və çətirləri indi rus qoşunlarının tikdiyi müdafiə xətləri əvəz edir.

Qərb sahili çimərliyi boyunca “əjdaha dişləri” quraşdırılıb. Bunlar tankların və hərbi maşınların qarşısını almaq üçün nəzərdə tutulmuş piramida şəkilli beton bloklardır. Onların arxasında daxildən gələn hücumlara qarşı səngər xətti də qurulub. Bu xəttdə sığınacaqlar da var.



Kiçik Tokmak şəhəri ölkənin cənub-şərqində Ukraynanın Krımı Rusiyanın nəzarətində olan ərazilərdən ayırmaq üçün istifadə etmək istəyə biləcəyi əsas yolun üzərindədir. Şəhəri hərbi zonaya çevirmək üçün ukraynalı mülki şəxsləri oradan çıxarıblar.

Peyk görüntüsündə Ukraynanın hücum edə biləcəyi Tokmakdan şimalda iki xəndək qazılıb. Bu səngərlərin arxasında şəhəri əhatə edən üçqatlı istehkam halqası var. Peyk şəklinin üstündə tank əleyhinə xəndək də görünür. Bunlar adətən 2,5 metr dərinlikdədir və keçmək istəyən istənilən düşmən tankını dayandırmaq üçün nəzərdə tutulub.

Xəndəyin arxasında “əjdaha dişləri” və başqa bir xəndək xətti inşa edilib. Lakin Ukrayna qüvvələrinin daha çox tələ ilə üzləşmə ehtimalı var.



Strateji və Beynəlxalq Araşdırmalar Mərkəzindən Mark Kancian deyir ki, Tokmakda üç müdafiə xətti arasında gizlədilmiş minalar da ola bilər.

Tokmakdan qərbdə E105 şossesinə paralel olaraq 35 km-lik tank əleyhinə xəndək xətti var. E105 strateji əhəmiyyətə malikdir. O, cənubda Rusiyanın nəzarətində olan Melitopolla şimalda Ukraynanın nəzarətindəki Xarkovu birləşdirir. Əgər Ukrayna qüvvələri bu marşrutdan istifadə etməyə çalışsa, Rusiya onları ağır silahlarla hədəfə ala bilər. Rusiya müdafiəsi də yaxınlıqdakı digər T401 magistralına yaxındır.

“Ruslar Ukraynanın yeni yaradılmış silahlı qüvvələrinə görə narahatdırlar. Əgər bu bölmələr magistral yola çıxa bilsələr, onlar çox sürətlə irəliləyə bilərlər. Rusiya müdafiəsi onları yoldan çıxarmaq və sürəti azaltmaq istəyir”, - Kancian deyib.



Mariupol limanı şərqdə Rusiyanın işğal etdiyi ərazilərlə cənubda Krım arasında strateji mövqedə yerləşir. Mühasirəyə alınarkən aylarla mübarizə aparmış şəhər işğala qarşı müqavimət simvoluna çevrilib. Rusiya Ukraynanın onu geri qaytarmağa çalışacağını gözləyir. Buna görə də Britaniya mediası ətraf əraziyə də diqqət çəkir və bu zaman dairəvi xəndəklər də görünür.

Mariupoldan təxminən 55 km şimalda yerləşən kiçik Rivnopil kəndinin yaxınlığında yerləşən hər dairəvi xəndəyin ortasındakı kurqanlar yəqin ki, artilleriyanı qorumaq və ya onları hərəkətsiz saxlamaq funksiyasına malikdir. Dairəvi xəndəklər əsgərlərə sığınacağa yerləşməyə və ətrafda hərəkət etməyə imkan verir ki, onların artilleriyası istənilən istiqamətə nişan ala bilsin. Bütün bunlar göstərir ki, Rusiya daha geniş xəndək şəbəkələri ilə yanaşı, təpələrdən və çaylardan təbii qorunmanı təmin etməyən açıq sahələri də müdafiə etməyə hazırlaşır.

Bununla belə, bəzi analitiklər vurğulayırlar ki, Ukrayna qüvvələri oxşar peyk şəkilləri və pilotsuz uçuş aparatlarından istifadə etməklə bu müdafiə vasitələrinin çoxunu aşkar edə bilir. Peyk görüntüləri aşkar müdafiəni göstərir, lakin bunların hamısı sadəcə, Rusiyanın planının bir hissəsi ola bilər.



ELÇİN




Bölməyə aid digər xəbərlər