09:59 / 09-05-2025
Prezident və birinci xanım Heydər Əliyevin məzarını ziyarət ediblər
09:32 / 09-05-2025
SOCAR-da yeni təyinat olub
09:05 / 09-05-2025
Anqola prezidenti İlham Əliyevə zəng edib
08:55 / 09-05-2025
Putin qədəhini “Qələbə və Sülhün şərəfinə!” qaldırıb
08:50 / 09-05-2025
Bayden: Trampın hakimiyyətə gəlməsində məsuliyyətim var
08:45 / 09-05-2025
Rumiyna göndərdiyi yardıma görə Kiyevdən təzminat umur
08:29 / 09-05-2025
Tramp “Dünya gözəli”nin təkilatçısı kimi danışır
08:15 / 09-05-2025
Si Cinpin: “Böhranın səbəbləri aradan qaldırılmalıdır”
00:03 / 09-05-2025
Prezident Faşizm üzərində Qələbə Günü münasibətilə paylaşım edib - Foto
23:44 / 08-05-2025
Pakistan Hindistana raketlərlə cavab verib
22:40 / 08-05-2025
BƏƏ prezidenti İlham Əliyevə zəng edib
21:05 / 08-05-2025
Məhkəmə: Kəlbəcərin işğalını əks etdirən videomaterial nümayiş olunub - (Yenilənib)
20:33 / 08-05-2025
Zəvvarlar üçün Həcc ayinlərinin vaxtı elan olunub
20:17 / 08-05-2025
Məşhur rejissor böyük faciəni ekranlaşdıracaq
19:31 / 08-05-2025
Putin və Si Cinpinin danışıqları 7 saatdan çox davam edib
18:40 / 08-05-2025
Pakistan Hindistanın 25 PUA-sını vurub
18:28 / 08-05-2025
95 milyard avroluq məhsula rüsum tətbiqinə hazırlaşırlar
18:15 / 08-05-2025
Azərbaycan və Türkiyə Milli Müdafiə Universitetləri Yüksək Dialoqa yekun vurub - Fotolar
18:05 / 08-05-2025
AFFA klublara Premyer Liqada iştirak üçün lisenziya verib
17:59 / 08-05-2025
27 yaşlı gənc tikinti obyektində yıxılaraq ölüb
17:46 / 08-05-2025
DTX və DSX-dən birgə əməliyyat: bir nəfər saxlanılıb
17:30 / 08-05-2025
Tofiq Yaqublu ilə bağlı Azərbaycan prezidentinə müraciət ediblər
17:27 / 08-05-2025
Putinin “parad atəşkəsi” 734 dəfə pozulub
17:08 / 08-05-2025
Prezident mədəniyyət və elm xadimləri ilə bağlı sərəncam imzalayıb
17:07 / 08-05-2025
Nazirliyə 5 milyon manat ayrılıb
16:58 / 08-05-2025
İncəsənət xadimlərinə Prezident mükafatı verilib - (Siyahı)
16:51 / 08-05-2025
Tramp Ərdoğanı Rusiya ilə Ukrayna arasında vasitəçilik etməyə çağırır
16:37 / 08-05-2025
Hindistan-Pakistan döyüşündə 125 qırıcı iştirak edib
16:31 / 08-05-2025
Fikrət Qocanın 90 illik yubileyi qeyd olunacaq
16:28 / 08-05-2025
"Səhiyyə TV"nin adı dəyişib
16:55 / 04-05-2025

13:57 / 04-05-2025

14:14 / 04-05-2025

10:50 / 05-05-2025

00:06 / 05-05-2025

19:52 / 04-05-2025

11:11 / 04-05-2025

23:43 / 05-05-2025

07:53 / 05-05-2025

21:00 / 05-05-2025

21:33 / 05-05-2025

10:43 / 05-05-2025

Casus qalmaqalından sonra ilk böyük istefa: başqa səbəblər varmı?
Tarix: 23-05-2023 15:20 | Bölmə: Slayd

Bazar ertəsi İranın ən qüdrətli adamlarından biri olan yüksək səviyyəli milli təhlükəsizlik məmuru Britaniya casusu ilə yaxın əlaqələrinə görə araşdırmalara məruz qaldıqdan sonra vəzifəsindən uzaqlaşdırılıb.
Ali Milli Təhlükəsizlik Şurasının katibi Əli Şəmxani 10 il ərzində İranın təhlükəsizlik və xarici siyasətini formalaşdıran qurumda çalışıb və bundan əvvəl Müdafiə Nazirliyində işləyib. Casus, ikili Britaniya vətəndaşı olan Əlireza Əkbəri cənab Şəmxaninin nazirlikdə müavini olub, sonra isə şurada onun məsləhətçisi işləyib.
2019-cu ildə Əkbəri ilə bağlı şübhələr yaranan kimi, Şəmxani onu köçdüyü Britaniyadan İrana qaytarıb. Yanvar ayında həbs edilən Əkbəri edam olunub.
Reyting.az xəbər verir ki, bu barədə “New York Times” yazıb.
ABŞ nəşrinin təhlilində qeyd olunur:
Cənab Şəmxani qalmaqaldan sonra nəinki sağ qaldı, həm də Bazar ertəsi hakimiyyətdən qəfil uzaqlaşdırılana qədər nüfuzunu saxladı. Mart ayında o, Çinin vasitəçiliyi ilə Səudiyyə Ərəbistanı ilə əlaqələri bərpa etmək üçün İran danışıqçılarına rəhbərlik edib, ticarət və siyasi əlaqələri gücləndirmək üçün diplomat kimi Fars körfəzindəki qonşu ərəb ölkələrinə səfər edib.
Lakin Bazar ertəsi İslam Respublikası bir daha nümayiş etdirdi ki, hətta ən sadiq xidmətçiləri belə hakimiyyətdən kənarlaşdırılmaqdan sığortalanmayıb. İranın ali lideri Ayətullah Əli Xamenei bir fərmanla cənab Şəmxanini vəzifəsindən uzaqlaşdırıb və ona xidmətlərinə görə təşəkkür edib; onu mülki siyasətdə az təcrübəsi olan İnqilab Keşikçiləri Korpusunun yüksək rütbəli dəniz komandiri ilə əvəzləyib.
Keçən iyun ayında İranda İsraillə əlaqəli bir sıra gizli hücumlar və sui-qəsdlər İran kəşfiyyat dairələrinin iflas etdiyi təəssüratını yaradıb, bundan sonra “Sepah” Kəşfiyyat Bölməsinin rəhbəri Hüseyn Taeb də vəzifəsindən uzaqlaşdırılmışdı.

Əli Şəmxani
İranlı analitiklər bir sıra mübahisələrin cənab Şəmxaninin istefasına səbəb olduğunu bildirirlər. Məsələn, ailəsinin sanksiyalardan yayınaraq neft biznesi ilə milyonlarla dollar qazanması, korrupsiyaya bulaşması. O, həmçinin 2015-ci il nüvə sazişini canlandırmaq üzrə danışıqların uğursuzluğunda da təqsirləndirilib.
Bundan əlavə, hazırda parlamentə və prezidentliyə nəzarət edən sərt siyasət xətti fraksiyası onu mərkəzçi və islahatçı olan əvvəlki hökumətlərə çox yaxın adam hesab edir, buna görə də ona bel bağlamırdılar.
Hökumətə yaxın siyasi analitik Qeys Qüreyşi deyib: “Cənab Şəmxanini vəzifədən uzaqlaşdırmaq üçün sərt siyasət xətt fraksiyasından və ictimai rəydən cənab Xameneyə təzyiqlər artırdı. O, bir müddət müqavimət göstərdi, lakin himayə sonradan faş oldu".
Xameneyi Şəmxaninin vəzifədən azad olunduğunu elan edərkən deyib ki, onu Ali Rəhbərə məsləhət verən Məsləhət Şurasının üzvü təyin edir. Keçmişdə eks-prezident Mahmud Əhmədinejad da daxil olmaqla, bir sıra mübahisəli məmurlar da simalarının qorunması üçün bu Şuraya daxil ediliblər.
Analitiklərin fikrincə, Əli Şəmxaninin casus qalmaqalı fırtınasına tab gətirə bilməsi Xameneyi ilə İran prezidenti İbrahim Rəisi arasında razılaşmanın nəticəsi ola bilər.
Siyasi analitiklərdən biri - Sasan Kərimi deyib: “Prezident Rəisinin hökuməti ilə Ali lider arasında Şəmxaninin Əkbəri qalmaqalından sonra ictimai nüfuzunu bərpa etməsi üçün razılaşma var idi”.
Bazar ertəsi ayrı bir fərmanla Xameneyi Ali Milli Təhlükəsizlik Şura katibi vəzifəsini İİKK Hərbi Dəniz Qüvvələrinin baş komandanının keçmiş müavini və İran-İraq müharibəsi veteranı, 62 yaşlı general Əli Əkbər Əhmədiana verib. İran mediası onu həm də Qvardiyanın silahlı qüvvələrinin koordinasiyasına cavabdeh olan yüksək səviyyəli hərbi strateq kimi təsvir edib.
Analitiklərin fikrincə, cənab Xameneyi ABŞ-la danışıqlardan tutmuş, hakim din xadimlərinə qarşı daxili üsyana qədər mühüm dövlət siyasətləri ilə bağlı son sözü həmişə desə də, milli təhlükəsizlik müşavirinin rolu təsirlidir. General Əhmədianın xarici siyasət və ya daxili milli təhlükəsizlik məsələlərində o qədər də təcrübəsi yoxdur.
Beynəlxalq Böhran Qrupunun İran proqramı direktoru Əli Vaez deyib:
"Şəmxaninin varisinin ordudan kənar heç kimlə işləmək təcrübəsi yoxdur. Nüvə sazişinin gələcəyi, ABŞ-la məhbus mübadiləsi danışıqları və regional diplomatiya kimi əsas məsələlərdə yenidən bərpa və ya gecikmələr ola bilər”.
Y. QACAR
Reyting.az
Bölməyə aid digər xəbərlər

Dünən, 22:40
BƏƏ prezidenti İlham Əliyevə zəng edib
7-05-2025, 19:40
İlham Əliyev Moskvadakı Qələbə paradına qatılmayacaq
7-05-2025, 13:55
Putin nüvə silahından istifadə edə bilər
7-05-2025, 12:57
Rus ordusu mayın 9-dək Dnepropetrovsk vilayətini işğal etmək istəyir
7-05-2025, 09:50
Magistraturalara qəbul imtahanının vaxtı açıqlanıb
7-05-2025, 08:28
Diqqət! Yeni mobil-virus yayılır
7-05-2025, 06:30
Hindistan Pakistana hücum edib - (Yenilənib)
6-05-2025, 17:35
Britaniya Rusiya ilə müharibəyə hazırlaşır - Foto
6-05-2025, 16:07
Məhkəmələrə sədr və müavinlər təyin olunub - Siyahı
6-05-2025, 15:39
Professor: Azərbaycan Türkiyə-İsrail münasibətlərini nisbətən normal müstəviyə çəkə bilib
6-05-2025, 13:05
Dolaşıq kələf: Netanyahu Bakıya niyə uça bilməyib?
6-05-2025, 11:38
Hüseynəliyev nazir təyin edilib
5-05-2025, 18:48
Qəzzanın bütünlüklə ələ keçirilməsi planı təsdiqlənib
5-05-2025, 14:03
"Toplum TV" işi üzrə məhkəmə baxışı təyin olunub
5-05-2025, 10:50
Diktatorun qızı siyasi debüt edir
4-05-2025, 13:57
Azərbaycanın deputatı Moskvada saxlanılıb
3-05-2025, 16:54
Yerin fırlanmasını ləngidiblər - Foto
2-05-2025, 18:00
Professor: Ermənistan Zəngəzur dəhlizi problemini həll etməlidir
2-05-2025, 16:58
Zülfüqarov: Ermənistan etməsə, özümüz edəcəyik
2-05-2025, 13:42
Rusiyanın şərtləri rədd edilir
2-05-2025, 13:13
Kreml niyə Ukraynada seçki keçirilməsinə israr edir?
2-05-2025, 11:10
Vitse-prezident: Ukraynada müharibə tezliklə bitməyəcək
2-05-2025, 09:44
İnsanların yadplanetlilərlə qohumluq əlaqələri araşdırılıb
2-05-2025, 08:35
Bəşəriyyət üçün daha bir təhlükə yaranıb
2-05-2025, 03:00
ABŞ Rusiya-Ukrayna danışıqlarında vasitəçilikdən imtina edir
1-05-2025, 16:43
“Azəristiliktəchizat” ASC-yə yeni sədr təyin edilib
1-05-2025, 16:35
Prezident baş prokuror təyin edib - Sərəncam
1-05-2025, 12:23
Xocalıda itkin düşmüş yeddi mülki şəxsə aid meyit qalıqları tapılıb
1-05-2025, 11:32
Gürcüstanın yeganə müxalif telekanalı qapanıb
1-05-2025, 10:49
Tramp Ukraynadan 350 milyard dollar qazanmaq istəyir
1-05-2025, 03:15
ABŞ və Ukrayna faydalı qazıntılara dair saziş imzalayıblar
30-04-2025, 13:57
Azərbaycan-İran münasibətlərinin üst səviyyəyə qaldırılmasına maneə yoxdur - Professor
30-04-2025, 12:37
ABŞ-İran danışıqları: gündəmə yeni şərtlər gətirmək istəyirlər
30-04-2025, 11:44
İlham Əliyev Qusarda bağçılıq və anbar kompleksinin fəaliyyəti ilə tanış olub - Fotolar