Üç ukraynalı general axtarışa verilib
Tarix: 31-05-2023 09:34 | Bölmə: Slayd
Üç ukraynalı general axtarışa verilib

Rusiya Donbassda 500-dən çox dinc sakinin ölümündə təqsirləndirilən Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargah rəisinin birinci müavini İqor Kolesnik də daxil olmaqla üç Ukrayna generalını axtarışa verib. Reyting.az-ın xəbərinə görə, bu barədə Rusiya Daxili İşlər Nazirliyinin axtarış bazasında məlumat yayılıb.

Məlumat bazasında Rusiya Federasiyası Cinayət Məcəlləsi üzrə axtarışda olanlar arasında Aleksandr Lokota və Andrey Qrişenko da var.

Xatırladaq ki, mart ayında Rusiya Federasiyasının İstintaq Komitəsi Ukrayna Silahlı Qüvvələri Baş Qərargah rəisinin birinci müavini İqor Kolesnikə, o cümlədən Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargah rəisinin müavini Aleksandr Lokotaya qarşı qiyabi ittiham irəli sürüb.
Bu barədə Ukrayna Quru Qoşunları komandanının müavini Andrey Qrişenko bildirib.

Rusiya tərəfi iddia edir ki, axtarışa verilən şəxslər 2016-cı ildən fəaliyyət göstərdikləri müddətdə Donbassda hərbi əməliyyatlara komandanlıq etmələri nəticəsində 500-dən çox dinc sakin həlak olub, minə yaxın insan yaralanıb.

Y. QACAR




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}