16:46 / 19-04-2024
İlham Əliyev Rusiyaya gedir
Zelenski NATO sammitində iştirak üçün şərt irəli sürüb
Tarix: 01-06-2023 00:35 | Bölmə: Slayd
Zelenski NATO sammitində iştirak üçün şərt irəli sürüb

Ukrayna prezidenti Vladimir Zelenski bildirib ki, iyul ayında NATO-nun Vilnüsdə keçiriləcək sammitində iştirakı ölkəsinin alyansa daxil olması üçün yol xəritəsi təqdim olunacağı təqdirdə baş tutacaq. Reyting.az xəbər verir ki, bu barədə “Financial Times” öz mənbələrinə istinadla məlumat yayıb.

“Financial Times” qəzeti yazır ki, Zelenski NATO liderlərinə konkret təhlükəsizlik zəmanəti və alyansa qoşulmaq üçün yol xəritəsi olmadan Vilnüs sammitinə gəlməyəcəyini bildirib.

Bundan əvvəl Ukraynanın xarici işlər naziri Dmitri Kuleba NATO-ya üzv ölkələrdən olan həmkarlarına müraciət edərək, onları Kiyevin alyansa gedən yolunda təhlükəsizlik zəmanəti verməyə çağırıb.

D. Kuleba iyul sammitində Ukrayna ilə NATO arasında institusional əlaqələrin gücləndirilməsinin vacibliyini də diqqətə çatdırıb.

Y. QACAR




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}