“Oasis” hitin yeni versiyasını buraxıb
Tarix: 16-07-2024 08:37 | Bölmə: Şou-biznes
“Oasis” hitin yeni versiyasını buraxıb

Britpop qrupu “Oasis” özünün məşhur “Up In The Sky” (Monnow Valley Version) mahnısını yeniləyib.

Reyting.az
xarici mediaya istinadla xəbər verir ki, mahnını qrupun yaradıcılarından biri olan Noel Gallagher ifa edib.

“Up In The Sky”nin yeni versiyası “Oasis”in avqustun 30-da çıxacaq debüt albomu “Definitely Maybe”nin buraxılışında görünəcək.

Onu da qeyd edək ki, musiqi tarixinin ən böyük rekordlarından birinin bu il 30 yaşı tamam olur.

V. QULİYEV




Bölməyə aid digər xəbərlər