15:57 / 22-12-2024
"Sabah" "Şamaxı"ya uduzub
Müğənni Lətifənin klipində cinsi azlıqlar təbliğ olunur
Tarix: 17-01-2020 15:07 | Bölmə: Şou-biznes
Müğənni Lətifənin klipində cinsi azlıqlar təbliğ olunur

Müğənni Lətifə Soyuöz "Sınaq" klipindəki qalmaqallı epizoddan danışıb.

Reyting.az
xəbər verir ki, sənətçi Axşam.az-a açıqlamasında ekran işində rəqqasə əvəzinə kişi rəqqas seçməsinə aydınlıq gətirib:

"Burada kişi rəqqasın yer alması cinsi azlıq kimi qiymətləndirildi. Bu haqda bizə çox yazdılar. Ssenarini fikirləşəndə bunun belə olacağını bilirdik. Elə biz də burada cinsi azlıqları göstərməyə çalışdıq”.

Lətifə Soyuöz deyib ki, tənqidlərdən narahat deyil: “Elə zəmanəyə gəlmişik ki, ətrafımızda geylər çoxdur. İnsanların vizual, içdən özünü necə hiss etdiyinə önəm vermirəm. Mənə insanın özü, qəlbinin təmizliyi önəmlidir.

Necə deyə bilərəm ki, gey görəndə üzümü çevirirəm? Əsla! Heç kimi qınaya bilmərik. Sabah insanın öz başına nə gələcəyi bəlli deyil. Gey dostlarım çoxdur, hamısına da hörmət edirəm".




Bölməyə aid digər xəbərlər
5-12-2024, 10:09 Sibel Can Bakıya gəlir
14-11-2024, 09:31 Serial ulduzu yoxa çıxıb

bütün xəbərlər