Röya üç müğənni ilə duet oxumaq istəyir
Tarix: 20-04-2021 11:27 | Bölmə: Şou-biznes
Röya üç müğənni ilə duet oxumaq istəyir

Xalq artisti Röya Ayxan illərlə küsülü olduğu Aygün Kazımova ilə duet oxumaq istəyir.

Röya "ATV maqazin onlarla" proqramında deyib ki, şou-biznesin üç məşhur xanımı ilə duet oxumaq istəyir:

"Aygün Kazımova, Tünzalə Ağayeva və Zülfiyyə Xanbabayeva ilə uğurlu duetimiz olar. Üçü də ayrı-ayrı xasiyyətdə xanımlardır. Onların hər birinin sənət dünyasında özümü görə bilirəm”.

Röya inanır ki, Aygün, Tünzalə və Zülfiyyə ilə maraqlı əsərlər ərsəyə gətirə bilərlər.

Reyting.az




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}