Roza Zərgərli Türkiyə gözəlini klipinə çəkib - Video
Tarix: 08-09-2021 11:55 | Bölmə: Şou-biznes
Roza Zərgərli Türkiyə gözəlini klipinə çəkib

Müğənni Roza Zərgərli "Ömür yoldaşım" adlı yeni mahnısını və ona çəkdirdiyi klipini təqdim edib.

Reyting.az
xəbər verir ki, bəstənin müəllifi Ruslan Səfəroğlu, klipin rejissoru isə Nail Naiboğludur.

İki gəncin sevgisindən bəhs edilən ekran işində Roza Zərgərlinin aktyor oğlu Corc Qafarov və "Best model Türkiyə-2020" yarışmasının birincisi seçilən Melisa Irmak rol alıblar.

Müğənni bildirib ki, klipin ideya müəllifi özüdür:

"Mahnını 3 il əvvəl yazdırmışam. Düşündüm ki, artıq təqdim etməyin vaxtıdır. Corcu bir çox tanınmış sənətçilər klipinə çəkmək istəyib. Sonra Bənövşənin "Sarı gəlin" klipində oynadı. Mən də Corca təklif etdim və razılaşdı. Melisa isə qonorar almadı, xalam nəvəsidir. Türkiyədə müqaviləsi var idi, amma icazə aldı".(Axşam.az)






Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}