16:46 / 19-04-2024
İlham Əliyev Rusiyaya gedir
Rəqqasə Fatimə: “Açıq-saçıq geyinən müğənnilərdən idi...”
Tarix: 29-12-2022 12:31 | Bölmə: Şou-biznes
Rəqqasə Fatimə: “Açıq-saçıq geyinən müğənnilərdən idi...”

Müğənni Xuraman Şuşalı teleproqramlardan birində deyib ki, xınayadı məclislərinin aparıcısı ilə müqayisə olunmasını istəmir.

X. Şuşalı bildirib ki, xınayadı məclislərinin aparıcısı kimi qalsa, müəllimlərinin haqqını itirər:

“Məni nə rəqqasə, nə şair ilə bir qoymayın. Xınayaxdıya yarım saatlıq gedirəm".

Reyting.az-ın məlumatına görə, Xuraman Şuşalının dedikləri rəqqasə Fatimə Fətəliyevanın xətrinə dəyib. Bu səbəbdən də Fatimə müğənniyə sərt cavab verib:

"Dediyi yaxşı çıxmadı. Müğənnisənsə, müğənni kimi fəaliyyət göstər. Xına məclisi aparırsansa, bu işin içindəsən. Biz bu biznesin içindəyik və hərənin öz peşəsi var. Bir damcı xınadan nə qədər insan evinə ruzi aparır. Allah Xuramana ruzi verib. Vaxtilə açıq-saçıq geyinən müğənnilərdən idi. Allah ürəyinə sevgi verdi, hicab bağladı. Bağlanandan sonra Allah ona ruzi verib”.

F. Fətəliyeva X. Şuşalını nəzərdə tutaraq deyib ki, xına biznesdir, adət-ənənədir, sən isə müğənnisənsə, mən də rəqqasəyəm.




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}