00:24 / 23-03-2025
Azərbaycan millisi uduzub
13:47 / 21-03-2025
Quzu əti - Hekayə
09:45 / 21-03-2025
Rayonlara qar yağıb
Ukrayna müdafiəçiləri cinahlarda irəliləyir
Tarix: 07-06-2023 13:10 | Bölmə: Xəbərlər
Ukrayna müdafiəçiləri cinahlarda irəliləyir

Ukrayna müdafiəçiləri cinahlarda irəliləyir, rusiyalılar Baxmut ətrafında mövqelərini itirirlər.

Bu barədə Ukrayna Quru Qoşunlarının komandanı Aleksandr Sırski məlumat verib.

Qeyd edək ki, Baxmut Ukraynanın Donetsk vilayətinin şəhəridir. Şəhərin bir hissəsini Rusiya hərbçiləri işğal edib.

“Tavriya” operativ-strateji qoşunun komandanı Aleksandr Tarnavski isə bildirib ki, hərbçilər Rusiyanın Ukraynanın şərqindən irəliləməsinin qarşısını alıblar: “Müdafiə qüvvələri Rusiya qoşununun zərərsizləşdirilməsi istiqamətində əməliyyata davam etdirir”.

Ukrayna müdafiə nazirinin müavini Anna Malyar xatırladıb ki, ölkə müdafiəçiləri Baxmut şəhərinin müxtəlif istiqamətlərində 1600 metrədək irəliləyib(Report).




Bölməyə aid digər xəbərlər
21-03-2025, 09:08 Ağsuda zəlzələ olub
17-03-2025, 15:19 Müğənni həbs edilib