Prezidentin saytına saniyədə 4 milyondan çox hücum olub
Tarix: 21-09-2023 12:29 | Bölmə: Xəbərlər
Prezidentin saytına saniyədə 4 milyondan çox hücum olub

Azərbaycan antiterror əməliyyatlarına başlayanda dövlət qurumlarının internet resurslarına çoxsaylı hücumlar qeydə alınıb.

Reyting.az
xəbər verir ki, bunu Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətinin idarə rəisi Tural Məmmədov mətbuat konfransında deyib. Onun sözlərinə görə, bu hücumların qarşısı uğurla alınır.

T. Məmmədov bildirib ki, belə hücumlar ölkə başçısının saytına da olub. “Saniyədə 4 milyondan çox botnet sorğular, DDOS hücumlar qeydə alınıb", - deyə idarə rəisi əlavə edib.(APA)




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}