ABŞ vətəndaşı Tehran həbsxanasında ölüb
Tarix: 25-09-2023 14:38 | Bölmə: Xəbərlər
ABŞ vətəndaşı Tehran həbsxanasında ölüb

İran əsilli ABŞ vətəndaşı Feramerz Cavidzade saxlandığı Tehrandakı Evin həbsxanasında dünyasını dəyişib.

Reyting.az
xarici mətbuata istinadla xəbər verir ki, bu barədə İran aktivstlərinə bağlı olan İnsan Haqları Mühafizəçiləri Agentliyi (HRANA) məlumat yayıb.

Bildirilib ki, ürək-damar, mədə və şəkər xəstəliyi olan Cavidzade vaxtında xəstəxanaya köçürülmədiyindən həyatı ilə vidalaşıb.

Rəsmi Tehran isə yazılı açıqlamada "məhbusun ölümündə səhlənkarlıq" iddiasını təkzib edib: "Cavidzade dərhal xəstəxanaya aparılıb və bütün müdaxilələrə baxmayaraq həyatını itirib".

Məlumatda o da deyilir ki, millliyyətçə yəhudi olan Cavidzade 2022-ci ilin martında ABŞ-dan ölkəsinə gələrkən maliyyə cinayətlərində ittiham olunaraq saxlanılıb və 3 aylıq təkadamlıq kameradan sonra Tehrandakı Evin həbsxanasına köçürülüb.

E. ARAZ
Reyting.az




Bölməyə aid digər xəbərlər
25-07-2024, 12:24 İqbal Əbilov həbs olunub
25-07-2024, 10:09 Bəzi rayonlarda sel olub
23-07-2024, 14:09 Bakıda evə basqın olub

{sape_links}{sape_article}