19:14 / 01-07-2025
Zelenski Əliyevə zəng edib
Ağdamda evin zirzəmisindən silah-sursat tapılıb
Tarix: 12-02-2024 11:53 | Bölmə: Xəbərlər
Ağdamda evin zirzəmisindən silah-sursat tapılıb

Ağdam Rayon Polis Şöbəsinin əməkdaşları rayon ərazisində keçirilən tədbirlər zamanı evlərin birinin zirzəmisindən silah-sursat aşkar ediblər.

Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətinin Bərdə regional qrupundan Reyting.az-a bildirilib ki, Polis əməkdaşları tərəfindən rayonun Sırxavənd kəndi ərazisində yerləşən fərdi yaşayı evinin zirzəmisindən 6 ədəd avtomat, 1 ədəd pulemyot, müxtəlif çaplı patronlar və digər sursatlar aşkar edilərək götürülüb.

Bu istiqamətdə tədbirlər davam etdirilir.




Bölməyə aid digər xəbərlər
30-06-2025, 14:26 Sabiq nazir təltif edilib
27-06-2025, 09:33 Qaxda zəlzələ olub