Xaricə getmiş ukraynalılar ölkəyə çağırılır
Tarix: 27-02-2024 01:03 | Bölmə: Xəbərlər
Xaricə getmiş ukraynalılar ölkəyə çağırılır

Ukraynanın xarici işlər naziri Dmitri Kuleba ölkəni tərk etmiş ukraynalılara müraciət edib. O, Ukraynadan qaçan ukraynalıları geri qayıtmağa və vətənlərinin müdafiəsinə kömək etməyə çağırıb.

Reyting.az
xəbər verir ki, nazir belə bir çağırışı “The Irish Times” qəzetinə müsahibəsində səsləndirib.

"Biz hər bir insanın fərdi seçiminə hörmətlə yanaşırıq, lakin genişmiqyaslı işğalın başlanmasından bəri ölkəni tərk etmiş bütün ukraynalıları vətənə qayıtmaq barədə düşünməyə çağırırıq", - Kuleba deyib.

Qeyd edək ki, Rusiyanın genişmiqyaslı işğalı başlayandan bəri Ukraynanı təxminən altı milyon insan tərk edib, onların əksəriyyəti Avropa Birliyi ölkələrinə üz tutub.

E. KAMAL




Bölməyə aid digər xəbərlər
bütün xəbərlər