BQXK saxlanan hərbçiyə baş çəkəcək
Tarix: 29-02-2024 16:24 | Bölmə: Xəbərlər
BQXK saxlanan hərbçiyə baş çəkəcək

Beynəlxalq Qızıl Xaç Komitəsinin (BQXK) Bakı ofisi Azərbaycan hərbçisinin saxlanılması ilə bağlı aidiyyəti orqanlarla konfidensial ikitərəfli dialoq apardığını açıqlayıb.

Reyting.az
xəbər verir ki, bu barədə BQXK-nin Bakı ofisi paylaşım edib: "Mandatına uyğun olaraq, BQXK saxlanılan şəxslərə rəftar və saxlanma şəraitinə nəzarət etmək və həmin şəxslərin ailələri ilə əlaqə saxlamalarına dəstək olmaq üçün onlara baş çəkir".

Qeyd edək ki, Ermənistan İstintaq Komitəsi fevralın 28-də səhər saatlarında Laçın rayonu ərazisində xidməti mövqelər arasında hərəkət edərkən əlverişsiz hava şəraitində itmiş Azərbaycan ordusunun əsgəri Ruslan Pənahov barəsində cinayət işi açıb. Ruslan Pənahov Ermənistan Cinayət Məcəlləsinin bir neçə maddəsi ilə - sərhədi qanunsuz keçmək, silah gəzdirmək və s. ilə ittiham olunur.




Bölməyə aid digər xəbərlər
25-07-2024, 12:24 İqbal Əbilov həbs olunub
25-07-2024, 10:09 Bəzi rayonlarda sel olub
23-07-2024, 14:09 Bakıda evə basqın olub

{sape_links}{sape_article}